İlk kassa aparatı oğurluq əleyhinə vasitə olaraq hazırlanmışdı.
Ceyms Ritti 1837-ci ildə Ohayo ştatının Dayton şəhərində anadan olub. Atası Leqer Ritti Elzasdan ABŞ-a mühacirət edərək kiçik bir aptek açmış və burada müxtəlif dərman bitkiləri satardı. Beş oğlundan üçü - Sebastian, Con və Ceyms - anadangəlmə ixtiraçı idilər.
Sebastianın hesabında kənd təsərrüfatı məhsullarının emalı üçün bir neçə patent var idi və Con da eyni sferada fərqlənərək, qarğıdalı təmizləmək və konservləşdirmək üçün maşına patent almışdı. Bundan əlavə, Con kafelərdən biri üçün qeyri-adi havalandırma sistemi hazırlamışdı - hər masaya quraşdırılmış xurma yarpaqlarından olan yelpiklər borudan verilən su ilə hərəkətə gətirilirdi. Ceyms də bacarıqlı mexanik idi, ancaq 1871-ci ildə peşəsini dəyişdirmək qərarına gəldi və Daytonda kiçik bir salun açaraq restorançı oldu. Onun düzəltdyi bu məkan tez zamanda şəhərdə populyarlıq qazandı, lakin gəlir əvəzinə, sahibinə zərər verdi.
Bunun belə olmasının Ceymsin işgüzar keyfiyyətləri ilə heç bir əlaqəsi yox idi - kassirlər daim oğurlayır, gəlirlərin bir hissəsini gizlədirdilər. İşdən çıxarma kömək etmirdi: əliəyri kassirlərin əvəzinə gələn yenilər də pulun cazibəsinə dözə bilmirdi. Daimi kadr dəyişkənliyi Rittini demək olar ki, iflasa uğratdı və o, fikrini dağıtmaq üçün gəmi ilə Avropa gəzintisinə çıxdı.
İlk kassa aparatı oğurluq əleyhinə vasitə olaraq hazırlanmışdı
Gəmidə Ceyms güclü dəniz maşınları ilə maraqlandı və baş mexaniklə dostlaşdı. Mühərrik bölməsində ekskuriya zamanı o, avar valının dövriyyələrinin avtomatik sayğacına ovsunlanmış kimi baxdı və birdən ağlına belə bir fikir gəldi: "Əgər bu mexanizm avar valının hərəkətini qeyd edə bilirsə, niyə pulla da eyni şey olmasın?" Bu fikir Rittini o qədər tutdu ki, Avropaya səyahətini əhəmiyyətli dərəcədə qısaltdı və tezliklə evinə qayıtdı. Burada Ceyms öz ideyasını qardaşı Cona bildirdi və birlikdə pul saymaq üçün primitiv maşın düzəltdilər: hər biri müəyyən məbləğ qeyd olunan iki sıra klaviş və iki oxlu (dollar və sent üçün) saat siferblatı. Qardaşlar siferblatı klassik disklərlə əvəz edərək ikinci modeli təkmilləşdirdilər və bu dizayn üçün ABŞ-ın 221360 nömrəli patenti 4 Noyabr 1879-cu ildə alındı. Üçüncü model, "Rittinin sadiq kassiri" (Ritty′s Incorruptible Cashier) adlandırıldı və artıq alıcıya "vurulan" məbləğin cəmini göstərə bilirdi, dördüncüsü isə kağız lentinə deşiklərlə cəmi vururdu. Məhz bu, ilk serial kassa aparatı oldu.
Uğuruna baxmayaraq, 1881-ci ildə Ritti bunun, onun işi olmadığını anladı və kiçik kafesinə qayıtdı. Patenti 1884-cü ildə şirkətini kassa aparatlarının ilk alıcılarından olan Con Patterson-a güzəştə getmiş Yakob Ekkert-ə satdı. Patterson firmanın adını dəyişərək National Cash Register Company adlandırdı. İndi bu, ticarət üçün aparst və proqram həlləri hazırlayan çoxmilyardlıq NCR Korporasiyasıdır. Əlbəttə ki, müasir NCR texnologiyasının ilk Ritty maşınları ilə demək olar ki, heç bir əlaqəsi yoxdur. Bir keyfiyyət istisna olmaqla: O həmişə sadiqdir.
Mənbə:www.popmech.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət