Slimfit
  1. DÜNYA

Oğrular dəniz dibinə üz tutdular: sualtı rəsədxana yoxa çıxıb

Oğrular dəniz dibinə üz tutdular: sualtı rəsədxana yoxa çıxıb
Sakura

Oğrular dəniz dibinə üz tutdular: sualtı rəsədxana yoxa çıxıb

Baltik dənizinin dibində yerləşən sualtı rəsədxana yoxa çıxıb.

Bu barədə Almaniyanın Helmots adına GEOMAR Okean tədqiqatları mərkəzinin saytında məlumat yerləşdirilib.

Qeyd edilir ki, avqustun 21-dən etibarən rəsədxanadan siqnallar daxil olmur.

Məlumata əsasən, məsələyə aydınlıq gətirmək üçün rəsədxanaya dayverlər göndərilib. Lakin onlar stansiyanın əvəzinə təkcə məlumatları ötürən kəsilmiş kabeli aşkar ediblər.

Elmi məlumatların toplanılmasına xidmət edən bu rəsədxana Almaniyanın qayıq və balıqçı gəmilərinə qadağa edilmiş şimal sahilində yerləşirdi.

Qurğu çox ağır olduğu üçün polis onun qasırğa, sualtı axın, yaxud da dəniz heyvanları səbəbindən yoxa çıxdığını düşünmür. Hüquq-mühafizə nümayəndələrinin fikrincə, stansiya oğurlanıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR