Oğlan uşaqları zəkanı yalnız anadan alır - Maraqlı araşdırma
Oğlan uşaqlarına zəka genləri atadan deyil, anadan keçir. Bir atanın doğulacaq oğlan övladına zəka genini ötürməsi heç bir şəkildə mümkün deyil. Mütəxəssislər hesab edir ki, oğlan uşağı müdrikdirsə, bunu anasına, ananın genlərinə borcludur.
Axar.az xəbər verir ki, dünya mütəxəssisləri atadan oğula zəka genlərinin heç bir halda keçmə ehtimalının olmadığını sübut ediblər. Mütəxəssislərin fikrincə, oğlan uşağı ağıllı, zəkalıdırsa, bu, ananın genləri ilə bağlıdır. Kişilər öz zəka genlərini əsla və əsla oğullarına ötürə bilmirlər. Qız övladlarına isə öz zəkalarının ancaq 50 faizini ötürə bilirlər.
Loru dillə desək, oğlan uşaqları zəka baxımından “anasının oğlu”, qızlar isə zəka baxımından “həm anasının, həm atasının qızı” hesab edilir.
Dünya mütəxəssislərinin apardığı araşdırmaya əsasən, zəka genlərinin şifrələri sadəcə X xromosomunda olur. Y xromosomunda isə zəka genləri olmur. Qadınlarda ancaq X xromosomu olduğu halda, kişilərdə həm X, həm də Y xromosomları olur. Ananın X xromosomu ilə atanın X xromosomunun birləşməsindən qız, ananın X xromosomu ilə atanın Y xromosomunun birləşməsindən isə oğlan uşağı dünyaya gəlir.
Zəka genləri ancaq X xromosomunda olduğu üçün də ata heç vaxt oğluna zəka genlərini ötürə bilmir. Çünki oğlan uşağının dünyaya gəlməsi üçün atanın Y xromosomu lazımdır. Ancaq ana isə həm oğluna, həm də qızına zəka geni ötürə bilir.
Bununla bağlı araşdırma aparan mütəxəssis Horst Hameister bildirib ki, bu həm də qız uşaqlarının oğlan uşaqlarından daha ağıllı, zəkalı olması anlamına gəlir. Qız uşağının dünyaya gəlməsi üçün XX xromosomunun olduğunu nəzərə alan Horst bildirib ki, qız həm anadan, həm də atadan zəka geni götürdüyü üçün daha ağıllı olur. Oğlan uşağını əmələ gətirən XY xromosomunda isə ancaq bir zəka geni olur ki, o da təkcə anaya məxsusdur.
Mütəxəssislər məsləhət görür ki, kişilər gələcək nəsillərinin, xüsusilə oğlan övladlarının ağıllı və zəkalı olmasını istəyirsə, evlənmək üçün gözəl yox, daha çox ağıllı və zəkalı qadınlara üstünlük versinlər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət