Slimfit
  1. TÜRKİYƏ

Oğanın səsinin neçə faizi Ərdoğana gedəcək?

Oğanın səsinin neçə faizi Ərdoğana gedəcək?
Sakura

Oğanın səsinin neçə faizi Ərdoğana gedəcək?

Bu bəyanatlar öz siyasi gələcəklərini formalaşdırmaq üçün vacibdir.

Axar.az xəbər verir ki, bunu “Sonar” araşdırma şirkətinin rəhbəri Hakan Bayraqçı keçmiş prezidentliyə namizəd Sinan Oğan və Zəfər Partiyasının sədri Ümid Özdağın qərarları ilə bağlı danışarkən deyib.

“Ümid bəy tərəfsiz qalsa, onu və partiyasını uğurlu gələcək gözləyir. Sinan Oğanın yığdığı 5,17% səsin 4.1%-i yüksək ehtimalla Rəcəb Tayyib Ərdoğana gedəcək. Heç bir izahat bu bölgünü çox dəyişdirməz. Açıqlamalar yalnız onların siyasi gələcəyində tutacaqları mövqe üçün vacibdir”, - Bayraqçı bildirib.

Qeyd edək ki, ötən gün ATA İttifaqının prezidentliyə keçmiş namizədi Sinan Oğan seçkilərin ikinci turunda Cümhur İttifaqının namizədi Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.

ATA İttifaqının əsas aparıcı partiyası olan Zəfər Partiyasının başqanı Ümid Özdağ isə seçimini bu gün edəcək. Onun Millət İttifaqını (Kamal Kılıçdaroğlu) dəstəkləyəcəyi ehtimal edilir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR