Slimfit
  1. CƏMİYYƏT

Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb, infarkt təsdiqini tapmayıb

Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb, infarkt təsdiqini tapmayıb
Sakura

Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb, infarkt təsdiqini tapmayıb

Xalq artisti Ofeliya Sənaninin səhhəti ilə bağlı son durum açıqlanıb. 

"Report"un məlumatına görə, o, hazırda Respublika Diaqnostika Mərkəzində müalicəsini davam etdirir. 

Mərkəzdən bildirilib ki, O.Sənani oktyabrın 5-də kəskin miokard infarktı diaqnozu ilə Respublika Diaqnostika Mərkəzinə daxil olub: "İnvaziv kardioloq Şahin Xəlilov tərəfindən Ofeliya Sənani üzərində koronar angioqrafiya müayinəsi aparılıb. Müayinələr nəticəsində infarkt təsdiqlənməyib. 

Hazırda Xalq artistinin hipertonik kriz diaqnozu (arterial təzyiqin kəskin şəkildə yüksək səviyyəyə qalxması) ilə stasionar müalicəsi davam etdirilir. Vəziyyəti qənaətbəxşdir.

Yaxın günlərdə evə yazılması planlaşdırılır".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR