Slimfit
  1. MƏDƏNİYYƏT

O,əsil kişi xasiyyətli bir xanim idi

O,əsil kişi xasiyyətli bir xanim idi
Sakura

O,əsil kişi xasiyyətli bir xanim idi

Nə tez gəldi bu bir il... İllər ötür, xatirələr isə durulur...aydınlaşır və öz dəyərli qiymətini alır.

Kim idi Amaliya xanım?.  Bu sualla rejissor əməkdar incəsənət xadimi Oruc İzzətoğluna müraciət etdik! O, xəyallara qapılıb sualımıza belə cavablandırdı.

- ...  Amaliya xanım çox cəsarətli, prinsipeal teatr rəhbəri idi. Bələdiyyə teatrının 10 illiyi ərəfəsində bu istedadlı teatrda Amaliya xanımın dəvəti ilə üç tamaşa hazırladım. Cəlil Məmmədquluzadənin 100 illiyi münasibətilə "Ölülər", Böyük türk şairi və dramaturqu Nazim Hikmətin 100 illiyi münasibətilə "Damokl Qılıncı", və Sofoklun "Elektra" faciəsi. Amaliya xanım teatrın yubileyi münasibətilə fəxri ada layiq görüləcək bir qrup yaradıcı insanların siyahısını tərtib etdi. Siyahıda mənim də adım da yer aldı.

İki gün sonra  teatra gələndə məni kabinetinə çağırıb soruşdu, Oruc səninlə Fatma Abdullazadə arasında nə olub? Dedim mən o xanımla bir dəfə görüşmüşəm, o illərdəki Respublika sarayında "20 Yanvar" faciəsinə həsr olunmuş dövlət tədbirinin baş məşqində. Tədbirin quruluşçu rejissoru mən, Ssenari müəllifi xalq artisti Mikayıl Mirzə idi. Mikayıl Mirzə tədbirdə gurultulu səsi və temperamentilə Xəlilrza Ulutürkün bir şerini səsləndirdi. Fatma xanım Mikayılı yanına çağırıb, nəsə dedi. Mikayılın esebi vəziyyətindən hiss olunurdu ki, O nəyəsə etirazını bildirir. Fatma xanım ilə keçmiş mədəniyyət naziri Polad Bülbüloğlu məni çağırıb dedilərki tedbirin rejissoru kimi o şeiri ssenaridən Mikayıl çıxartsın, çünki tədbirə ölkə başçısı Heydər Əliyev də gələcəkdi. Mən Mikayılı razı sala bildim.

Vəssəlam. Amaliya xanım soruşdu, bəs niyə Fatma xanım sənin adını siyahıdan çıxarılmasını tələb edir?. Dedim bilmirəm. Üç gün sonra Amaliya xanım  bir də siyahını Fatma xanıma teqdim edib. Fatma xanım yenə tələb edib ki, Oruc siyahıdan çıxarılmasa heç kəs fəxri ad almayacaq. Amaliya xanım deyib ki, mən bunu edə bilmərəm. Orucun teatrımızın inkişafında əvəzsiz xidməti var. Amaliya xanımın mənə dediyinə görə, ölkə başçısı ilə görüşmək imkanı olsa bu barədə ondan xahiş edəcək. Bir müddətdən sonra Amaliya xanım özü dediyi kimi ölkə başçısı ilə görüşəndə siyahı barədə danışıb, ölkə başçısı deyibki sənə inanıram  siyahını yaz, nə Mədəniyyət nazirliyinə, nə də Fatmaya, mənim özümə verersən. Kimi layiq bilsən təstiqlənəcək. Belə də oldu. 2002-ci ildə Amaliya xanımın prinsipiallığı sayəsində Baki Bələdiyyə teatrının 23 yaradıcı şəxsi fəxri adlara layiq görüldü və mən də əməkdar incəsənət xadimi adına layiq görüldüm. Hələ Azərbaycan teatr tarixində  belə bir hadisə olmayib ki, eyni teatrdan iyirmi üç nəfər fəxri ada layiq görülsün.  Bunu ancaq Amaliya xanım kimi qüdrətli bir şəxs öz teatrı üçün etdi.

Başqa teatrda da xalq artisti fəxri adına təqdim olunmuşam və yenə hansısa səbəbdənsə siyahıdan silinmişəm.

Hər teatr direktorunun Amaliya xanım kimi kişiliyi çatmazdı ki, ölkə Başçısı səviyyəsində rejissorun hüquqlarını belə cəsarətlə müdafiə etsin! Kimə tapşırılsaydı ki, Orucu fəxri adlar siyahısından çıxart, onlar məmnuniyyətlə məni nəinki siyahıdan, hətta "domovoy kniqadan", vətəndaşlıqdan da məhrum edərdilər.

Amaliya Pənahova əsl kişi xasiyyətli bir xanım idi.  Allah Amaliya xanıma rəhmət etsin!!!

Miranda

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsan hər dəfə nəfəs aldıqda ağciyərlərdəki havanın 17%-i yenilənir.

Redaktor seçimi

SON XƏBƏRLƏR