Dərc edildi: Baxış sayı: 377
OECD qlobal iqtisadiyyatla bağlı yeni proqnoz verib
Bu il qlobal iqtisadiyat koronavirus pandemiyası ilə əlaqədar 4,5% kiçiləcək, gələn il isə 5% böyüyəcək.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu proqnozla İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) çıxış edib.
Qurum bəyan edib ki, bu il ən çox iqtisadi geriləmə Cənubi Afrikada (11,5%), Argentinada (11,2%) və Hindistanda(10,1%) yaşanacaq. İqtisadiyyatın kiçilməsi Avropa İttifaqında 4,1%, ABŞ-da isə 3,8% olacaq.
"İqtisadi tənəzzül gözlənildiyi kimi dərin olmayacaq, amma bir qədər sonra iqtisadi aktivliyi artırmaq üçün dövlətlərin (hökumətlərin), o cümlədən mərkəzi bankların dəstəyinə ehtiyac olacaq", - deyə OECD-nin açıqlamasında qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət