Dərc edildi: Baxış sayı: 252
Odessada yaşayış binası qəsdən vuruldu - Kostin
Rusiya hərbçiləri Odessada yaşayış binasını qəsdən vurublar. Yaxınlıqda heç bir hərbi obyekt yox idi.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Ukraynanın Baş prokuroru Andrey Kostin deyib.
"Bu, sadəcə atəş deyil, bu, terrora və ukraynalıları məhv etməyə yönəlmiş siyasətdir. Bu, yaşayış binasına hücumdur. Bu ev heç bir hərbi obyektin və ya ikili təyinatlı obyektin yanında yerləşmir. Bu ev əhalinin sıx məskunlaşdığı ərazidir”, - Kostin bildirib.
Qeyd edək ki, Rusiya ordusu Odessaya pilotsuz təyyarələrlə hücum edib. Nəticədə 4 sakin həlak olub, 7-si yaralanıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət