Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Ödənişli qəbul planı və təhsil haqları azaldılsın - Təklif

Ödənişli qəbul planı və təhsil haqları azaldılsın - Təklif
Sakura

Ödənişli qəbul planı və təhsil haqları azaldılsın - Təklif

Millət vəkilləri yaxın gələcəkdə ödənişli əsaslarla ali və orta ixtisas məktəblərinə qəbullarla bağlı faizlərin aşağı endirilməsi təklifi ilə çıxış ediblər. Onlar hesab edirlər ki, bir çox imkansız ailələrin övladları ödənişli əsaslarla olan yerlərə daxil olduqları üçün valideynlər övladlarının təhsil xərclərinin ödənilməsində çətinlik çəkirlər.

Millət vəkili, BDU-nun professoru Kamilə Əliyeva  Oxu.Az-a açıqlamasında deyib ki, bu məsələ növbəti illərdə mütləq nəzərə alınmalıdır:

“Elə ailələr var ki, bir qədər imkansızlıq içindədirlər. Həmçinin, iki və üç övladı pullu ixtisaslara, ödənişli əsaslarla olan yerlərə düşən valideynlər var. Təhsil haqqı da bu gün bir o qədər az deyil. Bu isə həm ali və orta ixtisas məktəblərinə daxil olanlara, həm də onların yükünü çəkən valideynlərə çətinlik yaradır.

Bəzən ali məktəblərə daxil olsalar da, ilk gündən ondan imtina edənlər və ya birinci, ikinci kurslardan sonra təhsillərini yarımçıq dayandıran tələbələrimiz olur. Hesab edirəm ki, bu məsələdə yenidən götür-qoy edilməli, həm Təhsil Nazirliyi, həm ali və orta ixtisas məktəbləri, həm Dövlət İmtahan Mərkəzi, həm də Tarif Şurası ödənişli qəbulların sayının, nisbət faizinin mümkün qədər aşağı endirilməsinə və ya təhsil haqlarının azaldılmasına qərar verməlidir.

Bu, çox yaxşı olardı. Eyni zamanda, artıq “Təhsil kreditləri haqqında” qanun layihəsi ilə bağlı məsələ öz müsbət həlli tapmalıdır ki, bu yöndəki problemlərin həllinə tohfə verilmiş olsun”.

Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli mətbuata açıqlamasında bu yöndə fikirlərini bildirdiyini və bir daha onların üzərində qaldığını sözlərinə əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR