Slimfit
  1. TEXNOLOGİYA

Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb
Sakura

Ödənişli “iOS” əlavələrindən pulsuz istifadə üçün boşluq aşkarlanıb

Hakerlərin “Apple” şirkətinin hazırladığı texnologiyaya müdaxiləsi nəticəsində istifadəçilər “iPhone” üçün “Spotify”, “Angry Birds”, “Pokemon Go” və “Minecraft” daxil olmaqla əksər populyar oyun və əlavədən pulsuz yararlanmaq imkanı əldə ediblər. Bu barədə “Reuters” informasiya agentliyinin tədqiqatında deyilir.   

ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, cinayətkarlar şirkətlərə “App Store” qaydalarından yan keçərək əməkdaşların daxili istifadəsi üçün əlavələr yaratmaq məqsədilə verilən korporativ sertifikatlardan istifadə ediblər.  

Əlavələrin korporativ sertifikatlar proqramından istifadə üçün onlayn formanı dolduraraq 300 dollar ödəmək tələb olunub. Bu halda heç bir yoxlanış, sistem nəzarəti və təhlükəsizlik, standartlar və məlumatların şifrlənməsi mövcud olmayıb. Nəticədə “App Store” mağazasında onlarla qadağan olunmuş kontentli əlavə yayılıb.

“TutuApp” alternativ proqramlar mağazasının tərtibatçıları tərəfindən istifadəçilərə “App Store”da qiyməti 7 dollar təşkil edən “Minecraft” oyununun pulsuz versiyası təklif olunub. Digər lisenziyasız “AppValley” servisi isə “Spotify” musiqi xidmətinin pulsuz versiyasını paylaşıb.

“Apple” şirkəti qaydalara əməl etməyən tərtibatçıların diqqətinə onları “qara siyahı”ya daxil edəcəyi barədə xəbərdar edərək daha sərt autentifikasiya sisteminin tətbiq ediləcəyini bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR