Slimfit
  1. İQTİSADİYYAT

Ödəniş kartlarının emissiyası və istifadə qaydalarına dəyişikliklər ediləcək

Ödəniş kartlarının emissiyası və istifadə qaydalarına dəyişikliklər ediləcək
Sakura

Ödəniş kartlarının emissiyası və istifadə qaydalarına dəyişikliklər ediləcək

23 may 2019-cu il tarixində Azərbaycan Banklar Assosiasiyasının “Ödəniş sistemləri və alternativ xidmət kanalları üzrə” ekspert qrupunun növbəti görüşü keçirilib.

Assosiasiyanın yaydığı məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının və Mərkəzi Bankın nümayəndələrinin də iştirak etdiyi görüşdə “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları”na ediləcək dəyişikliklər müzakirə edilmişdir.

Ekspert qrupunun görüşündə ölkədə emissiya edilmiş ödəniş kartları ilə ölkə daxilində aparılan əməliyyatlarda tətbiq olunan “interçeync” xidmət haqqı tarifləri də nəzərdən keçirilərək, beynəlxalq kart təşkilatları ilə mövcud tariflərə dair danışıqların davam etdirilməsinin zəruriliyi qeyd edilib.

Görüş çərçivəsində ekspert qrupu tərəfindən Banklararası Kart Mərkəzində tətbiq olunan hesabatlılıq formalarının təkmilləşdirilməsi istiqamətində görülən işlərə toxunularaq yekun hesabatlılıq formasının hazır olduğu bildirildi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR