Dərc edildi: Baxış sayı: 743
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1,4 milyaddan çoxdur
İyunun 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 13 milyard 198 milyon manat təşkil edib. Ümumi kredit portfelinin 10 milyard 563,2 milyon manatı və ya 80 faizi uzunmüddətli kreditlərin payına düşüb.
Dövlət Statistika Komitəsindən Azvision.az -a verilən məlumata görə, kreditlərin 97,5 faizi banklar, 2,5 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 494,3 milyon manat olub və ümumi kredit portfelinin 11,3 faizini təşkil edib.
Ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 494,3 milyon manat olub və ümumi kredit portfelinin 11,3 faizini təşkil edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət