Dərc edildi: Baxış sayı: 570
Obamanın kitabı rekord vurur: 5 aya 10 milyon satış
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obamanın “Becoming” avtobioqrafik kitabı yaxın zamanlarda dünyanın ən populyar memuarına çevrilə bilər.
Kult.az xəbər verir ki, bu məlumatı “Faynənşl Tayms” qəzeti yayıb. Məlumata görə, 5 ay ərzində bu kitabın 10 milyon nüsxəsi satılıb. Mişel Obamanın kitabı həmçinin 31 dilə tərcümə edilib.
Qeyd edək ki, 2017-ci ildə Barak və Mişel Obamaların memuarlarının nəşri üçün “Bertelsman” şirkəti 65 milyon dollar ödəniş edib. Bundan sonra Mişel Obamanın memuarları dərc edilsə də, Barak Obamanın xatirələri hələlik yayımlanmayıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət