Slimfit
  1. DÜNYA

O, Avropanın ən yaxşı maliyyə naziri oldu

O, Avropanın ən yaxşı maliyyə naziri oldu
Sakura

O, Avropanın ən yaxşı maliyyə naziri oldu

Britaniyanın “Finənşl Tayms” qəzetinin əlavəsi olan nüfuzlu “Banker” maliyyə jurnalı Portuqaliya Respublikasının maliyyə nazirinin fəaliyyətini yüksək qiymətləndirib.

Axar.az xəbər verir ki, nəşr Mariu Sentenunu 2018-ci ildə Avropanın ən yaxşı maliyyə naziri adlandırıb.

Jurnal yazır ki, Mariu Sentenu Avroqrupun Cənubi Avropa ölkəsindən və “xilasetmə” tədbirlərinə məruz qalmış ölkədən olan ilk lideridir. “Banker” Portuqaliya iqtisadiyyatının bərpa olunmasını da yüksək qiymətləndirib. Portuqaliyada 2013-cü ildə 17 faiz səviyyəsində olan işsizlik azalaraq 7 faizdən aşağı düşüb, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının hesablamaları Portuqaliyada ümumi daxili məhsulun 2019-cu ildə, eləcə də 2020-ci ildə 2 faiz artacağını proqnozlaşdırır.

Yazıda deyilir: “Harvard Universitetində elmlər doktoru dərəcəsi almış portuqaliyalı iqtisadçının seçilməsi Portuqaliya iqtisadiyyatının inanılmaz şəkildə bərpasının təsdiqidir”.

M.Sentenunun Avroqrupun başçısı vəzifəsində ilk 12 ay ərzində gördüyü işi yüksək qiymətləndirən “Banker” yazır: “Avrozona ölkələrinin maliyyə nazirlərinin dekabrın əvvəlində iştirak etdikləri danışıqlar marafonu vahid valyuta blokunda suveren borcun böhranı dövründən etibarən ən əhəmiyyətli islahatlara gətirib çıxarıb”.

Mariu Sentenu Portuqaliyanı 2015-ci ildən idarə edən hökumətdə “2 nömrəli” şəxsdir. O, həmçinin Portuqaliyanın 5 ən iri bankından dördünü restrukturizasiya edib və yenidən kapitallaşdırıb. Nəşr yazır ki, bu dövr ərzində minimum əməkhaqqı və pensiyalar artıb, eyni zamanda müəssisələr və aşağı gəlirlər üçün vergilər azalıb.

“Banker” 2018-ci ildə indoneziyalı Şri Muliani İndravatini dünyanın və Aşıya və Sakit okean regionunun, çilili Felipe Larreni Amerika qitəsinin, israilli Moşe Kaxlonu Yaxın Şərqin, misirli Məhəmməd Maiti Afrika qitəsinin ən yaxşı maliyyə nazirləri elan edib.

“Ən yaxşı maliyyə nazirləri” adına maliyyə sisteminin artımının stimullaşdırılmasına və iqtisadiyyatın sabitləşməsinə böyük töhfə vermiş maliyyə nazirləri layiq görülür.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR