Slimfit
  1. DÜNYA

O, 25 il metrodan ödənişsiz istifadə edəcək

O, 25 il metrodan ödənişsiz istifadə edəcək
Sakura

Fransanın paytaxtı Paris metrosunda doğulan körpəyə, 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə…

Fransanın paytaxtı Paris metrosunda doğulan körpəyə, 25 yaşına qədər metrodan ödənişsiz istifadə edə biləcəyi ictimai nəqliyyat kartı veriləcək.
Yeniavaz.com "CNNTürk"ə istinadən xəbər verir ki, Paris Nəqliyyat İdarəsindən verilən məlumata əsasən, 6 nömrəli xəttin “Glaciere” stansiyasında doğulan uşağa Osman (Ousmane) adı verilib.
Bildirilib ki, hadisə zamanı metroda olan bir həkimin köməyi ilə dünyaya gələn Osman və anası, dərhal xəstəxanaya aparılıb. Hadisə, metronun hərəkət intervalının 1,5 saat axsamasına səbəb olub.
Paris Nəqliyyat İdarəsi adətən metroda doğulan uşaqlara 25 yaşına kimi metrodan ödənişsiz istifadə hüququ verir.
Qeyd edək ki, Paris metrosunda oxşar hadisə bu ilin iyun ayında da baş vermişdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR