Slimfit
  1. AZƏRBAYCANLI

Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı

Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı
Sakura

Nyu Yorkda yaşayan azərbaycanlı yazıçı

Əsl adı Əvəz olsa da, onu uşaq yaşlarından Azik deyə çağırıblar. Amerikaya gələndən sonra isə ABŞ vətəndaşlığını qəbul edəndə pasportuna adını Ayzek (Izek) yazdırıb. Və bundan sonra nəşr olunan bütün kitabları da Ayzek Əliyev imzası ilə işıq üzü görüb...

...Atası giologiya-mineralogiya elmləri doktoru, professor Sabir Əliyev olub. 2005-ci ildə vəfat edib. Anası giologiya-mineralogiya elmləri namizədi Dilarə xanım isə hazırda oğlunun yanında, Nyu Yorkda yaşayır. Bu il 90 yaşını qeyd edəcəklər...

Ayzek 1955-ci ildə Bakıda dünyaya gəlib. Orta təhsilini 1972-ci ildə 20 nömrəli məktəbdə başa vurub. Eyni zamanda 1962-1972-ci illərdə 16 nömrəli şəhər musiqi məktəbində fortepiano dərslərinə gedib. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin giologiya-coğrafiya fakultəsində ali təhsil alıb. 1977-1996-cı illərdə AMEA-nın Coğrafiya İnstitutunada kiçik elmi işçidən laboratoriya müdiri vəzifəsinədək yüksələ bilib. Arada iki il AMEA-nın Giofizika İnstitutunda da çalışıb. 
1982-ci ildən coğrafiya elmləri namizədidir. 1996-cı ildən ABŞ-ın Nyu York şəhərində yaşayır...

...Ömür-gün yoldaşı Tamara xanım milliyətcə gürcüdür. Hələ Bakıda yaşayarkən pediator-həkim ixtisasına yiyələnib. İki övladı vardır. Böyük qızı Ayla xanım 33, ikinci qızı Dilarə xanım isə 28 yaşındadırlar...

Ayzek Amerikaya gələndən sonra beş il müxtəlif işlərdə çalışıb, dil kurslarına gedib. 2001-ci ildən “Human Resources Administration” təşkilatında işləyir. O, burada “social worker” vəzifəsindən, “supervisor” vəzifəsinədək yüksələ bilib...

Uzun illərdir ki, bədii yaradıcılıqla məşğul olur. Rus dilində yazıb yaradan yazıçılardandır. “Deletantın özünü dərk etməsi” adlı ilk kitabı 1994-cü ildə Bakıda nəşr olunub. “Axırıncı illyuziya” adlı ikinci kitabı isə 2007-ci ildə ABŞ-da işıq üzü görüb. İki çilidli “Rusiya imperiyasının qara qızılı” tarixi romanları isə 2017-ci ildə Rusiyada nəşr olunub. Bunlardan əlavə "Etiraf" adlı bir kitabı da vardır. Yardıcılığı bir sıra mükafatlara layiq görülüb. Bir neçə dəfə “Müasir ədəbiyyatın yeni adları” proqramının laureatı olub. “Rus Mükafatı”na layiq görülüb və s..
Bununla yanaşı Nyu Yorkda çap olunan rusdilli qəzet və jurnallarda tez-tez Qarabağ həqiqətləri haqqında siyasi məqalələrlə çıxış edir…

Bədii və tarixi romanları mütaliə etməyi xoşlayır. Qarabağın tezliklə işğaldan azad olunmasını arzulayır. Amerikaya gəlmək istəyənlərə tövsiyəsi isə: “Gəlin, görün, qərar verin”- oldu…

Çox danışmağı xoşlamır. Bu səbəbdən söhbətimiz elə də uzun çəkmədi. Sakit, sadə, təvazökar, zəhmətkeş insandır. Həm bir alim və həm də bir yazıçı kimi bacardığı qədər Azərbaycan həqiqətlərini amerikalılara çatdırmağa çalışır. 
Ondan ayrılarkən: “Harada yaşamağımdan asılı olmayaraq, mən özümü Azərbaycanın bir parçası hesab edirəm”- söylədi…

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR