Dərc edildi: Baxış sayı: 551
Nyu-Yorkda Həsən Ruhaniyə inanılmaz qadağa
ABŞ hökuməti BMT Baş Assambleyasının 74-cü sessiyasında iştirak edən İran Prezidenti Həsən Ruhaniyə Nyu-Yorkda gəzməyi qadağan edib. Belə ki, İran Prezidenti BMT-nin Nyu–Yorkun Manhetten bölgəsindəki mənzil-qərargahını tərk etmək istəsə xüsusi icazə almalıdır.
Publika.az xəbər verir ki, “Fars” agentliyinin yazdığına görə, Həsən Ruhani oteldə yer üçün də xüsusi icazə alıb.
İran hökumətinin rəsmi nümayəndəsi Əli Rəbbi bütün bunları qanunsuzluq adlandırıb. O deyib ki, ABŞ belə addımları ilə bütün beynəlxalq qanunları tapdalayır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət