Slimfit
  1. DÜNYA

Nyu-Yorkda 100-ə yaxın uşaqda COVID-19-un digər sindromu aşkarlanıb

Nyu-Yorkda 100-ə yaxın uşaqda COVID-19-un digər sindromu aşkarlanıb
Sakura

Nyu-Yorkda 100-ə yaxın uşaqda COVID-19-un digər sindromu aşkarlanıb

ABŞ-ın Nyu-York ştatında koronavirusa yoluxmuş təxminən 100 uşaq və yeniyetmədə COVID-19-la  əlaqəli olduğu ehtimal edilən iltihablı sindrom üzə çıxıb.

Report”un RİA “Novosti”yə istinadən məlumatına görə, bu barədə ştatın qubernatoru Endrü Kuomo keçirdiyi mətbuat konfransında bildirib.

"Əvvəlcə biz düşünürdük ki, bu virus uşaqlara yoluxmur. İndi bizi güclü şəkildə narahat edən problemlə mübarizə aparırıq. Bizdə COVID-19-la bağlı olduğu görünən iltihab xəstəliyinin təxminən 100 yoluxma hadisəsi var", - Kuomo deyib. 

Daha əvvəl o qeyd edib ki, ştatda koronavirusla əlaqəli olduğu ehtimal edilən iltihab sindromundan üç uşaq ölüb. "Biz 5 və 7 yaşlı oğlanları və 18 yaşlı qızı itirdik", - qubernator qeyd edib.

Qubernatorun açıqladığı məlumatlarda bildirilir ki, xəstəliyə yoluxanların 5%-i 1 yaşa qədər körpələr, 18%-i 1-4 yaşlı körpələr, 29%-i 5-9 yaşlı uşaqlar, 28%-i 10-14 yaşlı yeniyetmələr, 16%-i 15-19 yaşlı, 4%-i isə 20-21 yaşlı gənclərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR