NYT: Boris Conson Britaniyanın sonu olacaq
Böyük Britaniya yeni baş naziri Boris Consonla tarixinin ən böyük və dəfedilməz siyasi böhranı ilə üzləşə bilər.
“The New York Times” qəzetinin iddiasına görə, məhz bu siyasətçi ölkənin sonunu gətirəcək. Belə ki, Avropa Birliyindən çıxdıqdan sonra Böyük Britaniya üçün ən böyük problem Şotlandiya və Şimali İralandiya məsələsi olacaq. Çünki dövlətin adları çəkilən bu hissələrində əhali Birliyin tərkibində qalmağa səs verib.
Özü də Boris Consonun hər hansı ehtiyatsız hərkəti Şotlandiyada yenidən müstəqillik barədə referendum keçirilməsini gündəmə gətirə bilər. Şimali İrlandiyada isə baş nazir Demokratik yunionist partiyanın sərt müxalifəti ilə rastlaşacaq. Vəziyyətdən çıxış kimi yeni seçkilər keçirilməsi görünür. Lakin seçkilərin Boris Conson üçün necə nəticələnəcəyi hələ bəlli deyil.
Məqalədə Tereza Meyin istefasından sonra siyasi situasiyanın daha pisləşəcəyi təxmin olunur.
Bundan başqa, Avropa Birliyinin Boris Consona az qala təlxək kimi baxması mənzərəni olduqca xoşagəlməz edir.
Yazı müəlliflərinin firkincə, burada yeni baş nazirin şəxsiyyətindən və özünü necə aparacağından çox şey asılıdır.
Yazıda Conson üçün hər hansı prinsipin mövcud olmadığı qeyd edilir.
Bundan başqa, onun daima yalan danışdığı, tənqidi sevmədiyi, baş naziri məsuliyyətə çağıran hər kəsə nifrət etdiyi vurğulanıb.
“Onun xarakteri Birləşmiş Krallığın Avropa Birliyindən çıxdıqdan sonrakı taleyini proqnozlaşdırmağa imkan vermir”, - deyə məqalənin yekununda göstərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət