Slimfit
  1. CƏMİYYƏT

Nuru Paşanın Göyçaydakı qərargahının yerləşdiyi ev özəlləşdirilib? - Rəsmi açıqlama

Nuru Paşanın Göyçaydakı qərargahının yerləşdiyi ev özəlləşdirilib? - Rəsmi açıqlama
Sakura

Nuru Paşanın Göyçaydakı qərargahının yerləşdiyi ev özəlləşdirilib? - Rəsmi açıqlama

Əmlak Məsələləri Dövlət Komitəsi Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi evi özəlləşdirməyib.

Bu barədə “Report”a Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qulu Xəlilov bildirib.

Onun sözlərinə görə, bəzi iddialar səslənir ki, Göyçayda yerləşən bu ev özəlləşdirilib və daha sonra həmin ərazidə söküntü işləri aparılıb: “Əmlak Məsələləri Dövlət Komitəsinin özəlləşdirdiyi ərazi həmin yerə yaxındır və qeyri-yaşayış obyektidir, əvvəllər mətbəə olub. Həmin obyekt 2015-ci ildən özəlləşdirilib və hazırda kommersiya fəaliyyəti ilə məşğul olan müəssisədir, və  sökülməyib. Bu ərazinin Nuru Paşanın qərargahının yerləşdiyi evə heç bir aidiyyəti yoxdur”.

 

Q.Xəlilov qeyd edib ki, ”söküntü işləri aparılan ərazidə isə əvvəllər yaşayış yeri olub və bir tikinti şirkəti həmin yaşayış sahəsini alıb".

Xatırladaq ki, bəzi KİV-lərdə Nuru Paşanın Göyçayda hərbi qərargah kimi istifadə etdiyi ev özəlləşdirilərək şirkətə satıldığı və şirkətin isə orda söküntü işlərinin aparıldığı qeyd edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR