Nüfuzlu nəşriyyatdan Qarabağla bağlı addım - İlk
Nüfuzlu elmi nəşriyyatlarından biri olan “Routledqe” Malmö Universitetin baş müəllimi, İsveç Lund Universitetinin və Raul Valenberq İnstitutunun tədqiqatçısı, hüquq elmləri doktoru azərbaycanlı Kamal Makili-Əliyevin “Mübahisəli ərazilər və beynəlxalq hüquq” kitabını nəşr edib.
Kult.az xəbər verir ki, 2017-2018-ci illərdə Lund Universitetin hüquq fakültəsində aparılan araşdırmalar nəticəsində ərsəyə gələn kitabda Dağlıq Qarabağ münaqişəsi ilə Aland adalarındakı böhran müqayisəli şəkildə təhlil olunub.
Kitabın əsas tədqiqat predmeti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə beynəlxalq hüquq normaları çərçivəsində həlli məsələsidir. Bu məqsədlə İsveç və Finlyandiya arasındakı torpaq mübahisəsi hər hansı analoji münaqişənin optimal həlli variantı kimi təqdim olunur. Bu yol beynəlxalq hüququn qəbul etdiyi muxtariyyət əldə edilməsi yoludur.
Kitab Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqi təhlilini, Aland adaları presedentinin beynəlxalq hüquq müstəvisində təhlilini, həmçinin iki münaqişənin müqayisəli beynəlxalq hüquqi təhlilini və Aland adaları presedenti elementlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün tətbiqini əhatə edən dörd əsas fəsildən ibarətdir.
Qeyd edək ki, sözügedən kitab Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq müstəvisində həllinə həsr olunan ilk monoqrafiyadır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət