Slimfit
  1. AZƏRBAYCAN

Nüfuzlu "China Daily" qəzeti Azərbaycan muğamından yazır

Nüfuzlu "China Daily" qəzeti Azərbaycan muğamından yazır
Sakura

Nüfuzlu "China Daily" qəzeti Azərbaycan muğamından yazır

Çinin nüfuzlu "China Daily" qəzetinin internet səhifəsində "Azərbaycanın milli irsi olan muğam dünya musiqi sənətinin incisidir" adlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə “Muğam” sözünün mənasının Allah tərəfindən göndərilən musiqi kimi izah olunduğu qeyd edilir. Bildirilir ki, ənənəvi olaraq muğam 3 nəfər – tar və kamança ifaçıları, xanəndə tərəfindən təqdim olunur.

Muğamın Azərbaycan xalqı üçün insanların ruhunu və zəkasını yüksəltmək təsirinə malik musiqi, fəlsəfə olduğunun vurğulandığı məqalədə bu sənət növünün inkişaf mərhələlərindən söz açılır. Qeyd olunur ki, uzun illər ərzində Bakı, Şamaxı, Gəncə, Naxçıvan və təbii ki, Qarabağ muğam məktəbləri formalaşıb. "Şərqin konservatoriyası" adlandırılan Şuşa bir çox muğam ustadını, "Qarabağ" şikəstəsini dünyaya bəxş edib.

Bildirilir ki, Azərbaycan bəstəkarlıq məktəbinin banisi Üzeyir Hacıbəyli 1908-ci ildə "Leyli və Məcnun" muğam operasını bəstələyib, 1921-ci ildə isə muğam Azərbaycan Dövlət Konservatoriyasının tədris proqramına daxil edilib.

Muğamın beynəlxalq aləmdə tanınması məsələsinə toxunan "China Daily" yazır ki, BMT-nin təhsil, elm və mədəniyyət üzrə ixtisaslaşan qurumu UNESKO-nun dəstəyi ilə 1970-ci illərdən başlayaraq beynəlxalq muğam simpoziumları və festivalları keçirilir. Amma muğamın beynəlxalq aləmdə gerçək canlanması XXI əsrə təsadüf edir. Belə ki, 2003-cü ildə UNESKO muğamı "bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri" elan edib. 2008-ci ildə isə Azərbaycan muğam ifaçılığı UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Məqalədə muğamın qorunması, inkişafı və beynəlxalq aləmdə tanıdılması istiqamətində Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyeva və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun gördüyü işlərdən, o cümlədən Bakıda Beynəlxalq Muğam Mərkəzinin açılmasından, iki ildən bir keçirilən beynəlxalq muğam festivalından, "Muğam" ensiklopediyasının çapından söz açılıb.

AZƏRTAC-ın "China Daily" qəzeti ilə əməkdaşlığı çərçivəsində təqdim olunan məqalə sutka ərzində qəzetin saytında ən çox baxılan 5 xəbərdən biri olub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR