Slimfit
  1. İQTİSADİYYAT

NRYTN: Hər kəs avtovağzaldan bölgələrə gedə bilər, lakin qayıdanda məhdudiyyətlər olacaq

NRYTN: Hər kəs avtovağzaldan bölgələrə gedə bilər, lakin qayıdanda məhdudiyyətlər olacaq
Sakura

NRYTN: Hər kəs avtovağzaldan bölgələrə gedə bilər, lakin qayıdanda məhdudiyyətlər olacaq

"Nazirlər Kabineti yanında Operativ Qərargahla razılaşdırıldıqdan sonra qərara alınıb ki, mart ayının 19, 20 və 21-i tarixlərində həm region qeydiyyatı olan sərnişinlərin, həm də Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin regionlara gedişləri təmin edilsin. Bu üç gündə Bakı Beynəlxalq Avtovağzal Kompleksi adi rejimdə çalışacaq".

Report” xəbər verir ki, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib.

O vurğulayıb ki, regiona getmək istəyən sərnişinlərin gedişləri təmin olunacaq: “Mart ayının 2728-i tarixlərində regiondan paytaxta geri qayıtmaq istəyən Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olan sərnişinlərin geri dönüşü təmin olunması nəzərdə tutulub. Region qeydiyyatında olan sərnişinlərdən xahiş edərdim ki, avtovağzallara "Bəlkə qayıda bilərəm" ümidi ilə yaxınlaşmayın. DANX və digər aidiyyatı strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq. 22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək".

 

Xatırladaq ki, koronavirus epidemiyasının yayılmaması məqsədilə bu gündən respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələrinin və onların sərnişinlərinin Bakı və Sumqayıt şəhərlərinə, eləcə də Abşeron rayonuna buraxılması bu gündən dayandırıb. Qərara əsasən, xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, respublikanın şəhər və rayonlarında qeydiyyatda olan nəqliyyat vasitələri və onların sərnişinləri martın 29-na qədər Abşeron yarımadasına buraxılmayacaq. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR