Slimfit
  1. DÜNYA

Noyabrın 30-u Ümumdünya Ev Heyvanları Günüdür

Noyabrın 30-u Ümumdünya Ev Heyvanları Günüdür
Sakura

Noyabrın 30-u Ümumdünya Ev Heyvanları Günüdür

Hər il noyabrın 30-da bir sıra ölkələrdə Ümumdünya Ev Heyvanları Günü qeyd edilir.

"Qafqazinfo"nun məlumatına görə, belə bir bayram təsis edilməsi ideyası Beynəlxalq Təbiəti Mühafizə Hərəkatı tərəfdarlarının 1931-ci ildə Florensiyada (İtaliya) keçirilmiş konqresində irəli sürülüb. O vaxt müxtəlif ekoloji təşkilatlar və təbiəti mühafizə cəmiyyətləri insanlarda bütün canlıların, o cümlədən ev heyvanlarının taleyi üçün məsuliyyət hissi tərbiyə etməyə yönəlmiş müxtəlif tədbirlər keçirməyə hazır olduqlarını bildirirdi. O vaxtdan hər il qeyd olunan, insan tərəfindən əhliləşdirilmiş bütün heyvanlara həsr edilən bu bayram “dördayaqlı dostlarımız”ın taleyinə görə məsuliyyət daşıdığımızı bütün bəşəriyyətə xatırladır.

Həmin günün devizi kimi Antuan de Sent-Ekzüperinin məşhur əsərinin qəhrəmanı Balaca Şahzadənin bu sözləri seçilib: “Sən əhliləşdirdiyin heyvanlara görə həmişə cavabdehsən”.

Ümumdünya Ev Heyvanları Gününə həsr edilmiş tədbirlər çox müxtəlifdir və hər ölkədə fərqli şəkildə keçirilir. Bəzi ölkələrdə heyvanların qəddar davranışdan müdafiəsi üçün piketlər, digər ölkələrdə heyvanlar üçün sığınacaq və ya klinikalar yaradılmasına kömək məqsədilə fləşmoblar, üçüncü ölkələrdə pişik və it sərgiləri, digər maraqlı tədbirlər təşkil olunur. Son illərdə Ümumdünya Ev Heyvanları Günündə “Zınqırov” aksiyası keçirmək ənənəsi bütün dünyada geniş yayılmaqdadır. Bu tədbir zamanı hər hansı ölkənin və ya şəhərin heyvanxanalarında bir dəqiqə ərzində zınqırovlar səslənir, beləliklə hamının diqqəti heyvanların müdafiəsi problemlərinə cəlb olunur.

Bütün bu aksiya və tədbirlərin əsas məqsədi geniş ictimaiyyətin (ilk növbədə böyüməkdə olan nəslin) diqqətini ev heyvanlarının (o cümlədən sahibsiz heyvanların) problemlərinə cəlb etmək, onlara və ümumiyyətlə canlı təbiətə qayğıkeş münasibət, ev heyvanlarının qorunması üçün məsuliyyət hissi tərbiyə etməkdir. Hamı başa düşməlidir ki, ev heyvanları əyləncə obyekti deyil, “bizim dördayaqlı dostlarımız”dır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR