Dərc edildi: Baxış sayı: 579
Noyabr ayında qazla təmin olunan yeni abonentlərin sayı on mini ötdü
2019-cu ilin noyabr ayı ərzində “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 10824 yeni abonent qeydiyyata alınıb. Onlardan 7831-i Bakı, Abşeron və Sumqayıt, 2993-ü isə regionların payına düşür. Bu ilin 11 ayı ərzində isə əhali sektoru üzrə 85053 yeni abonent qeydiyyata alınıb.
Beləliklə, 11.12.2019-cu il tarixinə ölkədə təbii qazla təmin olunan abonentlərin sayı 2 milyon 266 min 342-yə bərabər olub. Bu statistik rəqəmə Bakı şəhəri üzrə 874 510, regionalar üzrə isə 1 milyon 391 min 832 abonent daxildir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət