Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Novruz Qurbanov Əliyullah oğlu

Novruz Qurbanov Əliyullah oğlu
Sakura

DOĞUM TARİXİ: 02/06/1975 VƏFAT TARİXİ: 17/03/1995

1975-ci il iyunun 2-də Ağstafa rayonunun Yuxarı Göycəli kəndində dünyaya göz açmışdır. 1992-ci ildə burada orta məktəbi bitirmişdir. 1993-cü il iyul ayının 3-də Novruz Ağstafa rayon Hərbi Komissarlığı tərəfindən Milli Orduya çağırılmışdır. O, 776 saylı hərbi hissədə xidmətə başlayır. Xeyli müddət hərbi təlimlərdə iştirak edir   və sonra torpaqlarımızın müdafiəsi uğrunda gedən döyüşlər... O, öz qəhrəmanlığı ilə əsgər və zabit heyətinin dərin hörmətini qazanır. 1994-cü ilin mayında atəşkəs elan olunanda hamı sevinirdi. Hamı  müharibənin qurtarmasını, münaqişənin sülh yolu ilə tənzimlənməsini gözləyirdi. Lakin, sən demə, bu, müharibənin sonu deyilmiş.  Atəşkəsin  üstündən bir il keçməmiş ölkədə qarşıdurma başladı. Bu, vahid düşmənə qarşı müharibə deyil, dövlətçiliyimizə, müstəqilliyimizə qarşı yönələn bir müharibə idi. 1995-ci il mart ayının 13-də mənfur niyyətli bir qrup millət xaininin başçılıq etdiyi silahlı dəstə dövlət çevrilişinə cəhd planı hazırlamışdı. Ancaq Milli Ordumuzun səyi nəticəsində bu dəstə zərərsizləşdirildi. N.Qurbanov da müstəqilliyimizin qorunub saxlanılması üçün əsgəri rəşadət göstərdi. Əfsuslar olsun ki, 17 mart 1995-ci ildə qardaş gülləsinə tuş gəldi. Gənc əsgərin ömrü qırıldı.

Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Qurbanov Novruz Əliyullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Yuxarı Göycəli kəndində dəfn edilmişdir.

 Doğulduğu kənddə büstü qoyulmuşdur.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR