Slimfit
  1. AZƏRBAYCAN

Novruz Məmmədovdan əlilləri sevindirəcək qərar

Novruz Məmmədovdan əlilləri sevindirəcək qərar
Sakura

Novruz Məmmədovdan əlilləri sevindirəcək qərar

Azərbaycanın Baş Naziri Novruz Məmmədov “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edilməsi barədə qərar verib. SİA xəbər verir ki, qərarda deyilir:

1. Əlilliyi olan şəxslərin iş yerlərinin standartları

1. Ümumi müddəalar 1.1. “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları” (bundan sonra - Standartlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və tabeliyindən, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün müəssisə, idarə və təşkilatlara şamil edilir. 1.2. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 22.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilmiş, habelə işəgötürənlər tərəfindən işə qəbul edilmiş əlilliyi olan şəxslər bu Qanunun 11-ci maddəsinə uyğun olaraq təsdiq edilmiş Fərdi Reabilitasiya Proqramı və bu Standartlar nəzərə alınaraq iş yerləri ilə təmin olunurlar. 1.3. Bu Standartlarda göstərilməyən digər istehsalat amilləri mövcud olduğu halda, əlilliyi olan şəxsin işləməsinə icazə verilməsi tibbi-sosial ekspert komissiyası tərəfindən ayrıca hal kimi həll edilir.

2. Əlilliyi olan şəxslərin iş yerinə dair ümumi tələblər

2.1. Oturaq vəziyyətdə işlərin görülməsi üçün iş səthinin hündürlüyü (masa üstü və s.) 700-750 mm hüdudunda tənzimlənməlidir. İş stolunun üzərindəki aparat, cihaz və digət ləvazimatdan istifadə zamanı qolların çiyin səviyyəsindən qaldırılması zərurəti yaranan iş yerlərində iş səthinin hündürlüyü 630-680 mm hüdudlarında tənzimlənməlidir. 2.2. Əlilliyi olan şəxs üçün iş stulunun oturacağının ön tərəfi dəyirmi olmalıdır. Stulun oturacağı və söykənəcəyi yarıyumşaq olmaqla sürüşkən olmayan, elektrik keçirməyən, havakeçirmə qabiliyyətli materiallarla örtülməli, çirkdən asan təmizlənməli və texniki-estetik tələblərə cavab verməlidir. 3 2.3. Əllə qaldırılan və başqa yerə daşınan yükün və ya tətbiq edilən qüvvənin həddi 10 kq-dan və iş növbəsi müddətində bir yerdən digər yerə daşınan yükün ümumi çəkisi 500 kq-dan artıq olmamalıdır. 2.4. İş zamanı əmək şəraitinin gərginliyi və fasiləsiz müşahidə növbə müddətinin 25%-dən artıq olmamalıdır. 2.5. İş yerində hava (temperaturu, rütubəti, hava cərəyanının sürəti, zərərli maddələrin olması) mütənasib əmək şəraitinə uyğun olmalıdır. 2.6. Avadanlığın səthinin temperaturu 35 dərəcədən yuxarı olmamalıdır. 2.7. Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin iş yerlərinin yerləşdiyi binalar aşağıda göstərilən xüsusi rabitə və informasiya vasitələri ilə təchiz edilməlidir: 2.7.1.səsin işıq indikatoru; 2.7.2.işıq-çağırış siqnalları. 2.8. Binalarda dəhlizlərin eni 1,8 m-dən, qapıların girişinin eni 0,9 m-dən az olmamalıdır. 2.9. Əlilliyi olan şəxs üçün xüsusi iş yerinin təşkil edilməsi digər işçilərin əmək funksiyalarının yerinə yetirilməsinə maneçilik yaratmamalıdır. 2.10. Əlilliyi olan şəxslərin iş yerləri yanğın və digər fövqəladə hadisələri bildirmək üçün əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, xüsusi siqnalverici avadanlıqla təchiz edilməlidir. 2.11. Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq, əlilliyi olan şəxslərin aşağıdakı işlərə cəlb edilməsinə yol verilmir: 2.11.1. nərdivandan və digər vasitələrdən istifadə etməklə, hündürlüyə qalxmaqla görülən işlərə; 2.11.2. bədən əzələlərinin statik gərginliyinə səbəb olan əmək prosesi ilə bağlı işlərə; 2.11.3. kəskin vaxt çatışmazlığı ilə bağlı (məsələn, məcburi ritmdə işləyən konveyerdə) işlərə; 2.11.4. narahat halda (çömbələrək, dizi üstə əyilərək və s.) görülən məcburi iş vəziyyəti, qarın və sinə ilə avadanlığa, əmək alətlərinə güc edilməsi, iş görərkən qamətin 15 dərəcədən çox əyilməsi ilə bağlı olan işlərə. 2.12. Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən və əlilliyi olan şəxslərin həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin məhdudlaşmasından asılı olaraq, əlilliyi olan şəxslərin 4 aşağıdakı işlərə cəlb edilməsinə yalnız əlilliyi təyin edən müvafiq tibbi-sosial ekspert komissiyasının razılığı ilə yol verilir: 2.12.1. partlayış xarakterli işlər; 2.12.2. sualtı işlər; 2.12.3. şaxtalarda və mədənlərdə yeraltı işlər; 2.12.4. qaynar sexlərində görülən işlər; 2.12.5. nəqliyyat vasitələrinin idarə edilməsi; 2.12.6. hündürlükdə aparılan tikinti işləri və özül işləri; 2.12.7. yüksək səs-küylü istehsalat işləri; 2.12.8. zərərli maddələrin (qurğuşun, civə və s.) istehsalı ilə bağlı işlər; 2.12.9. əlverişsiz meteoroloji şəraitlə (temperaturun kəskin və tez-tez dəyişməsi, rütubətin artması, havanın soyuması) bağlı işlər; 2.12.10. böyük fiziki gərginliklə (yükdaşıyanlar, yerqazanlar və s.) bağlı işlər; 2.12.11. hərəkət edən mexanizmlərə (vestibülyar aparatı pozulmuş şəxslər üçün) bağlı işlər; 2.12.12. qışda isidilməyən binalarda, küləkçəkən yerlərdə yerinə yetirilən, ayaqqabının və paltarın islanması, əllərin soyuq suya salınması ilə bağlı işlər; 2.12.13. elektrik və maqnit sahələrinin statik təsiri ilə bağlı işlər; 2.12.14. radioaktiv maddələrlə və digər şüa ionlaşdıran mənbələrlə bağlı işlər; 2.12.15. ultrasəsin təsiri ilə bağlı işlər; 2.12.16. səsin intensivliyi 80 desibeldən artıq olan (optimal norma isə 55-60 desibel və aşağı ola bilər) işlər; 2.12.17. zəhərli kimyəvi maddələrlə bağlı işlər; 2.12.18. əsəb-emosional gərginlikli işlər. 2.13. Əlilliyi olan şəxslərin xüsusiyyətlərindən asılı olaraq tələb yarandıqda müəssisə, idarə və təşkilatlarda istirahət, məişət və yemək otaqlarında, eləcə də tibb məntəqələrində əlilliyi olan şəxslərə bu məqsədlər üçün müəyyən edilmiş yerlər nəzərdə tutulmalıdır.

3. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxslərin iş yeri ilə bağlı tələblər

3.1. Əlilliyi olan şəxslərin iş yerləri onların istifadəsi üçün həyat fəaliyyəti kateqoriyalarının məhdudlaşması nəzərə alınmaqla uyğunlaşdırılmalıdır. 5 3.2. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün oturaq iş yerlərinin yaradılmasına üstünlük verilir. Bu halda sərbəst rejimli, xüsusi tapşırığın yerinə yetirilməsi tələb edilməyən işlər seçilməlidir. 3.3. Oturaq vəziyyətdə işlərdə əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün iş yeri yaradıldıqda, iş yeri antropometrik və erqonomik tələblərə cavab verən əsas və köməkçi avadanlıqlarla təchiz edilməlidir. 3.4. İş yeri təşkil edilərkən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin fərdi tələbatları, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınmalıdır. 3.5. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin iş yerinin təşkilində istifadə olunan və nəzərə alınan əsas elementlər aşağıdakılardır: 3.5.1.antropometrik və anatomik-morfoloji məhdudiyyətləri kompensasiya etmək üçün nəzərdə tutulmuş xüsusi avadanlıq və qurğuların mövcud olması; 3.5.2.antropometrik və anatomik-morfoloji xüsusiyyətlər nəzərə alınmaqla, əsas avadanlıq və qurğuların istifadəsinin səmərəsini artırmaq üçün əlavə olaraq hazırlanmış xüsusi əl alətlərinin mövcud olması; 3.5.3.antropometrik və anatomik-morfoloji xüsusiyyətlər nəzərə alınmaqla, material və detalların işlənməsi üçün istifadə olunan texnoloji avadanlıqların idarə edilməsinin əsas elementlərinin iş yerinin hüdudlarında yerləşdirilməsi; 3.5.4.əmək xəsarətinin qarşısını almaq üçün bütün elementlərin iş yerinin hüdudlarında təhlükəsiz şəkildə möhkəm bərkidilməsi; 3.5.5.əlil arabasının dönməsi üçün əlavə sahənin ayrılması. 3.6. İstehsal avadanlıqları və mebellər yerləşdirilərkən, əlil arabasında hərəkət edən əlilliyi olan şəxslərin giriş, dönüş və maneəsiz keçid imkanlarının təmin edilməsi üçün aşağıdakı tələblər nəzərə alınmalıdır: 3.6.1. istifadə edilən bütün avadanlığın və mebellərin əlçatan zonada yerləşdirilməsi; 3.6.2. iş yerinin, giriş və çıxış yollarının normal işıqlandırılması, avadanlıq və mebelin düzülüşünün rahatlığı, əməyin mühafizəsinin və təhlükəsizlik texnikasının təmin edilməsi. 6 3.7. Əlilliyi olan şəxslərin işlədikləri istehsal obyektləri təbii və süni işıqlandırma ilə təmin edilməlidir. Orta dəqiqlik tələb edən işlərdə işıqlandırma 500 lüksdən, az dəqiqlik tələb edən və kobud işlərdə 300 lüksdən az olmamalıdır. 3.8. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxsin istifadə etdiyi avadanlığın, mebelin və iş görülən səthin ona uyğunlaşdırılmış, lazım gəldikdə yeri dəyişdirilə bilən fərdi elementləri olmalıdır. İş yerinin elementlərinin və onun ətrafında olan əşyaların parıldayan hissələri olmamalıdır. 3.9. Texniki təchizat öz ölçülərinə görə antropometrik tələblərə uyğun olmalı, dayanıqlılığa malik təhlükəsiz və rahat istifadəni təmin etməlidir. 3.10. İş masasının aşağıdakı xüsusiyyətləri və imkanları olmalıdır: 3.10.1. masa səthinin hündürlüyünün və meyilliyinin dəyişdirilməsi; 3.10.2. əlavə yerli işıqlandırma; 3.10.3. köməkçi avadanlığın əlavə bərkidilməsi; 3.10.4. çəkilən siyirmələrin, əşya və alətləri saxlayan tutacaqların olması. 3.11. İş stulunun aşağıdakı xüsusiyyətləri və imkanları olmalıdır: 3.11.1. oturacaq və söykənəcəyin hündürlüyünün və meyilliyinin dəyişdirilməsi; 3.11.2. əlavə ayaqaltıların quraşdırılması (zəruri olduqda); 3.11.3. əlavə qoltuqaltıların quraşdırılması; 3.11.4. hərəkəti asanlaşdırmaq üçün əlavə dəstək və tutacaqların quraşdırılması. 3.12. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxs üçün iş yeri təşkil edilərkən iş avadanlığının, mebelin seçilməsi və yerləşdirilməsi hərəkət sisteminin pozulması və əlil arabasında hərəkət edən əlilliyi olan şəxslər üçün nəzərdə tutulan aşağıdakı tələblərə uyğun olaraq həyata keçirilməlidir: 3.12.1. əlil arabasının şaquli ox ətrafında fırlanması üçün tutduğu sahənin qabaritləri- 1400 x 1400 mm; 3.12.2. ətraf mühitdəki elementlərin əlçatanlığı üçün elementlər yan tərəfdə yerləşdikdə 1300 mm-dən hündür, 250 mm-dən alçaq olmayan, frontal vəziyyətdə yerləşdikdə isə 1200 mm-dən hündür olmayan məsafədə. 7 3.13. Zəruri olduqda, kompüterdə işləməyi nəzərdə tutan iş yerləri xüsusi klaviatura və digər idarəetmə elementləri ilə təchiz edilir. Kompüterdə iş nəzərdə tutan iş yeri elə mebellə təchiz edilməlidir ki, onun altındakı yer əlil arabasının girişi və iş üçün şərait yaratsın. Masaaltı hissədə ayaqlar üçün ən azı hündürlüyü 600 mm, eni 500 mm, dərinliyi 450 mm, zəruri hallarda əlil arabasının sərbəst keçməsi üçün boş sahə olmalıdır. 3.14. Əlil arabasında hərəkət edən əlilliyi olan şəxs üçün aşağıdakı tələblər binanın sifarişçisi tərəfindən nəzərə alınmalıdır: 3.14.1. binada əlil arabasının hərəkəti üçün xüsusi girişin olması; 3.14.2. binada xaric pilləkənlərin və rampaların tutacağının olması; 3.14.3. əlilliyi olan şəxslərin gediş-gəlişi üçün yollarda rampanın (eniş) mailliyinin normadan (maksimal hündürlüyü 0,8 m olan rampanın bir yüksəlişinin (gedişinin) mailliyinin 8 faizdən artıq olmaması, hərəkət yolunda hündürlük 0,2 m-dən az olduqda, rampanın mailliyinin 10 faizədək artırılmasına yol verilməsi) artıq olmaması. 3.15. Hərəkət yollarında: 3.15.1. otaqların qapısı açıq vəziyyətdə olduqda, hərəkət zolağının eni 90 sm-dən az olmamalı; 3.15.2. girişlərdə kənarları qövsvarı olmaqla, kəndarın hündürlüyü 2,5 sm-dən artıq olmamalı; 3.15.3. zəruri hallarda binada ən azı 90 sm enində sürüşməyən örtüklü rampalar, 70-90 sm hündürlükdə tutacaqlar quraşdırılmalı; 3.15.4. iş yeri minimum hərəkət ehtiyacını təmin etməli; 3.15.5. hərəkət yolunda heç bir asma avadanlıq və hərəkət üçün maneələr olmamalıdır. 3.16. İş yeri ikinci və daha yuxarı mərtəbələrdə yerləşdirildikdə: 3.16.1. eni 1,1 m-dən, dərinliyi 1,5 m-dən, qapı boşluğunun eni isə 0,90 m-dən az olmayan sərnişin liftləri quraşdırılır; 3.16.2. lift olmadıqda, fərdi qaldırıcı pilləkən qurğusu olmalıdır. 3.17. Əlilliyi olan şəxslər üçün sanitariya-məişət xidmətləri şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun olaraq təmin edilməlidir. İctimai sanitar qovşaqlarında bütün vətəndaşların, o cümlədən əlil arabasında hərəkət edənlərin istifadə 8 edə biləcəyi ən azı bir müyəssər (asan hərəkət edən) kabinə olmalıdır. Müyəssər kabinənin eni 1,65 m, uzunluğu isə 1,8 m olmalıdır. Kabinədə əlil arabasını yerləşdirmək üçün yer, eləcə də paltar, qoltuqağacları və digər aksesuarlar üçün qarmaqlar olmalıdır. Zəruri hallarda kabinədə tutacaqların, dönən və qatlanan oturacaqların quraşdırılması imkanı yaradılır.

4. Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər

4.1. Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri erqonomik tələblərə cavab verən əsas və köməkçi avadanlıqlarla təchiz edilməlidir. İş yeri bu avadanlıqlarla təchiz edilərkən, görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin fərdi tələbatı, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınır. 4.2. Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin fizioloji xüsusiyyətləri nəzərə alınmaqla, iş yeri təşkil edilərkən istifadə olunan və nəzərə alınan əsas elementlər aşağıdakılardır: 4.2.1. görmə qabiliyyətinin tam itirilməsi ilə əlaqədar fizioloji xüsusiyyətləri kompensasiya edən avadanlıq və ləvazimatların quraşdırılması; 4.2.2. xüsusi hazırlanmış relyef şrifti, taktil cığırlarla iş yerinin təmin edilməsi; 4.2.3. materiallardan və ləvazimatlardan istifadə imkanları üçün tiflokompleksin idarə edilməsinin əsas elementlərinin iş zonasının hüdudlarında yerləşdirilməsi; 4.2.4. iş prosesinin səmərəliliyini və əməyin təhlükəsizliyini təmin etmək üçün iş yerinin ətraf mühitin identifikasiya edilməsinə kömək edən əlavə avadanlıqlarla (akustik, toxunulmaqla duyulan, vizual) təchiz edilməsi. 4.3. İş yerində istehsalat avadanlığı və mebel yerləşdirilərkən, görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerinə maneəsiz giriş-çıxışının təmin olunması nəzərə alınmalıdır. 4.4. Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerində işıqlandırma və mebel avadanlığının yerləşdirilməsinin rahatlığını və əməyin təhlükəsizliyini təmin etməlidir. 4.5. Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerinin təşkil edilməsi üçün sanitariya-gigiyena tələbləri aşağıdakılardır: 4.5.1. mütənasib mikroiqlim; 9 4.5.2. səsin 80 desibeldən artıq olmaması; 4.5.3. yerli vibrasiyanın olmaması; 4.5.4. zərərli maddələrin maksimal yol verilən həddən artıq olmaması; 4.5.5. əllərin üşüməsinə yol verilməməsi. 4.6. Oriyentasiya sisteminin təmin olunması üçün görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri bu məqsədlər üçün nəzərdə tutulan toxunma, eşitmə və görmə oriyentasiyalı tiflokomplekslə təmin edilməlidir. 4.7. Bütün texnoloji qurğular tifloişarələrlə təchiz olunur ki, bu da əlilliyi olan şəxsə onlardan vizual nəzarət olmadan istifadə etməyə imkan verir. Bu tifloişarələr alətlərdən təhlükəsiz istifadəni təmin etməlidir. Zəruri hallarda görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri radio nöqtələrlə təchiz olunur. Otaqda bir neçə görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxs işlədikdə, ümumi radioqovşaq mənbəyi quraşdırılır. 4.8. Fizioloji xüsusiyyətlər nəzərə alınmaqla, görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerinin təchizatı üçün aşağıdakı tələblər müəyyən edilir: 4.8.1. iri relyef-kontrast şriftinin, Brayl şriftinin və akustik naviqasiya vasitələrinin istifadəsinə imkan verən tiflotexniki oriyentasiyalı qurğuların quraşdırılması; 4.8.2. görmə nəzarəti olmadan işin yerinə yetirilməsini təmin etmək üçün əlavə periferik qurğulardan və funksional məqsədli elektron tiflotexniki vasitələrdən istifadə edilməklə, vizual informasiyanın səsləndirilməsi imkanı; 4.8.3. relyef-nöqtəli və düz çap şriftli yazı vasitələri, o cümlədən relyef-nöqtəli yazı üçün qrifellər, dəftərlər və bloknotlar, Brayl şrifti ilə yazmaq üçün cihazlar, səsyazma və səsləndirmə avadanlıqları ilə iş yerinin təchiz edilməsi; 4.8.4. kompüterdə işləməyi nəzərdə tutan iş yerinin xüsusi aparat və proqram vasitələri, o cümlədən adaptasiya olunmuş toxunma vasitəsilə işləyən displey və audio-displey (nitq sintezatoru), iri relyef-kontrastlı şrift və Brayl şrifti (Brayl-displey və Brayl-klaviatura) istifadə edilən və monitorun ekranında vizual məlumatların səsləndirilməsi imkanı olan xüsusi kompüter və ofis avadanlığı ilə təchiz edilməsi. 4.9. İş yerinin planlaşdırılması əmək prosesində işçinin məkanda minimum yerdəyişməsi nəzərə alınmaqla həyata keçirilir. 10 4.10. Görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslər üçün sexdaxili nəqliyyatın hərəkət yolları ayrı olmalıdır. İstehsalat sahələri bilavasitə girişə yaxın və 3-cü mərtəbədən yuxarı olmamaqla yerləşdirilməlidir. Döşəmənin və pilləkənin səthinin örtülməsi üçün sürüşkən olmayan materiallardan istifadə olunmalıdır. Pəncərə, pilləkən və istiqamətverici dayaqlar üçün qoruyucu baryerlər quraşdırılmalıdır. İş sahələri və görmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin hərəkət yolları (döşəmədə, divarda) oriyentasiya sistemləri (sanitar-məişət məkanlarının girişində səs mayakları, liftlərdə, dəhlizdə və digər yerlərdə toxunmaqla duyulan istiqamətverici işarələr) ilə təchiz olunmalıdır.

5. Zəif görmə əlilliyi olan şəxslərin iş yerinə dair tələblər

5.1. Fizioloji xüsusiyyətlər nəzərə alınmaqla, zəif görmə əlilliyi olan şəxsin iş yerinin təchizatı üçün aşağıdakı tələblər müəyyən edilir: 5.1.1. iş yerində maneəsiz hərəkətin təmin edilməsi, əmək funksiyalarının yerinə yetirilməsini təmin edən ümumi işıqlandırmanın olması, iş yerinin videoböyüdücü və lupalarla təchiz edilməsi; 5.1.2. kompüterdə işləməyi nəzərdə tutan iş yerinin uyğunlaşdırılmış videodispleylə, beynəlxalq standartlara uyğun olaraq veb-kontent və veb-servis xidmətlərinin proqram təminatı əsasında yazı şriftinin iriləşdirilməsi və böyük şriftli çap printeri ilə təchiz edilməsi.

6. Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər

6.1. Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin iş yerindəki istehsalat avadanlığının elementləri erqonomik tələblərə uyğun olmalıdır. 6.2. Hərəkət mexanizmləri ilə yüksək səs-küy və yerli istehsalat vibrasiyası yaranan iş yerlərində, zərərli maddələrin istehsalında eşitmə qabiliyyətini tam itirmiş şəxslərin işləməsinə icazə verilmir. 11 6.3. İş yeri təchiz edilərkən eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin fərdi tələbatları, məhdudiyyətləri və üzləşdiyi maneələr nəzərə alınır. 6.4. Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yeri təşkil edilərkən, istifadə olunan və nəzərə alınan əsas elementlər onların antropometrik, anatomik və morfoloji məhdudiyyətlərini kompensasiya edən xüsusi avadanlıq və qurğulardan ibarət olur. 6.5. Avadanlığın və mebelin yerləşdirilməsi, iş yerinin işıqlandırılması eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin rahatlığını və əməyinin təhlükəsizliyini təmin etməlidir. 6.6. Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxslərin işlədikləri istehsal obyektləri təbii və süni işıqlandırma ilə təmin edilməlidir. Orta dəqiqlik tələb edən işlərdə işıqlandırma 500 lüksdən, az dəqiqlik tələb edən və kobud işlərdə 300 lüksdən az olmamalıdir. 6.7. İş yerinin elementlərinin və onun ətrafında olan predmetlərin parıldayan hissələri olmamalıdır. 6.8. Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin iş yerinə maneəsiz gəlməsi və əmək funksiyasının yerinə yetirilməsi üçün iş yeri (o cümlədən, kompüterlə işləməyi nəzərdə tutan) aşağıdakı əlavə avadanlıqlarla təchiz edilməlidir: 6.8.1. səs siqnallarını işıq siqnallarına, nitq siqnallarını hərəkətli mətn sətrinə çevirən vizual indikatorlarla; 6.8.2. danışığı mətnə çevirən işıq (vizual) indikatorları ilə. 6.9. Eşitmə qabiliyyətini tam itirmiş əlilliyi olan şəxsin əməyindən istifadə edən müəssisələrdə surdotərcüməçi üçün kabinet olmalıdır. Bu kabinet eşitmə qabiliyyətini itirmiş şəxslər üçün nəzərdə tutulan xüsusi texniki əlaqə vasitələri (telefon mətn mesajları və ya telefaks) ilə təchiz olunur. 6.10. İş yerində təhlükə və evakuasiya haqqında məlumat vermək üçün əlavə işıq siqnalları quraşdırılmalıdır.

7. Eşitmə və görmə funksiyası pozulmuş əlilliyi olan şəxslərin iş yerinə dair tələblər

7.1. Eyni zamanda həm eşitmə, həm də görmə funksiyaları pozulmuş əlilliyi olan şəxslər üçün iş yerinə dair tələblər aşağıdakılardır: 7.1.1. iş yerinə maneəsiz gəlmə və əmək funksiyalarının yerinə yetirilməsi üçün eşitmə və görmə nəzarəti olmadan işlərin yerinə 12 yetirilməsinə imkan verən funksional məqsədli elektron tiflotexniki vasitələrlə təchiz edilmə; 7.1.2. kompüterdə işləməyi nəzərdə tutan xüsusi iş yerinin görmə və eşitmə nəzarəti olmadan işlərin yerinə yetirilməsinə imkan verən tiflotexniki cihazlarla, brayl-displeyə birləşdirilən teletayp əlaqə qurğusu ilə, əlavə periferik qurğular və funksional məqsədli elektron tiflotexniki vasitələr istifadə edilən tifloorqanayzerlə təchiz edilmə; 7.1.3. zəruri hallarda iş yerində tiflosurdo tərcümə xidmətindən istifadə imkanının yaradılması. 7.2. Eşitmə və görmə funksiyası pozulmuş əlilliyi olan şəxslərin əməyindən istifadə olunan ixtisaslaşdırılmış müəssisələrdə onlarla işləmək bacarığına malik mütəxəssisin olması zəruridir.

8. Zəif eşitmə əlilliyi olan şəxslərin iş yerinə dair tələblər

8.1. Əmək funksiyalarının yerinə yetirilməsi şərtləri nəzərə alınmaqla, zəif eşitmə əlilliyi olan şəxslər üçün iş yerləri səsgücləndirici avadanlıqlar və yüksək səsli telefonlarla təchiz edilməlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR