Dərc edildi: Baxış sayı: 481
Novruz Məmmədov Emomali Rahmonla görüşdü
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin V Zirvə toplantısı çərçivəsində Azərbaycanın Baş naziri Novruz Məmmədovla Tacikistanın prezidenti Emomali Rəhmanın görüşü baş tutub.
Bu barədə Oxu.Az Tacikistan liderinin mətbuat xidmətinə istinadən xəbər verir.
Emomali Rahmonun Tacikistan və Azərbaycan arasında əməkdaşlığın səviyyə və keyfiyyətindən razılığını ifadə etdiyi bildirilir.
Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, elm, təhsil, mədəniyyət və turizm sahəsində Azərbaycan və Tacikistanın hökumətlərarası əməkdaşlığı ilə bağlı vacib məsələləri nəzərdən keçiriblər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət