Slimfit
  1. AZƏRBAYCAN

Novruz bayramı Azərbaycanda

Novruz bayramı Azərbaycanda
Sakura

Novruz bayramı Azərbaycanda

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının və əkinçiliyin rəmzidir.

Etimologiya

"Novruz" – hərfi mənada yeni gün deməkdir.

Tarixi

Qədim dövrü

Elmi araşdırmalar Novruz bayramının tarixini çox əski çağlarla - Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. Novruz artıq bütün müsəlman aləminə aid bayramdır. Müsəlmanlar bu bayramı Həzrəti Əli ilə bağlayır və qəbul edir. Novruz türklərdə yaransa da sonrakı mərhələdə bütün Şərq xalqlarına yayılıb.

 

Sovet dövrü

XX əsrin 20-ci illərinə qədər Novruz bayramı xalq tərəfindən böyük coşqu ilə qeyd olunurdu. Düzdür, Çar hökuməti bu bayrama Milad bayramı qədər diqqət yetirməsə də, H. Z. Tağıyev, Ağamusa Nağıyev, Şəmsi Əsədullayev kimi milyonçular Bakı əhlinin bu bayramı təmtəraqla qeyd etməsinə böyük yardım edirdilər. Nəhayət, 1925-ci ildə bu barədə xüsusi qərar qəbul edildi. Qərarda inqilabi bayramlarla yanaşı, 6 dini və milli bayramın da dövlət səviyyəsində qeyd olunması nəzərdə tutulmuşdu. 1937-ci il SSRİ Konstitusiyasının qəbulundan sonra isə ümumiyyətlə qadağan edildi. Ancaq bu illərdə də, hətta İkinci dünya müharibəsi illərində də bütün mərhumiyyətlərə baxmayaraq Novruz bayramı qeyd edilirdi. 1967-ci ildə bu bayramın Bakıda “Bahar bayramı” adı altında qeyd olunmasına icazə verildi.

 

Çərşənbələr

Azərbaycanda Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir: Su çərşənbəsi, od çərşənbəsi, yel çərşənbəsi və torpaq çərşənbəsi.

Su çərşənbəsinə "Əzəl çərşənbə", "Sular Novruzu" da deyirlər. Su çərşənbəsində su və sumənbələri təzələnir, arxlar qaydaya salınır, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlifşənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı su üstünə gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur. Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr vərəvayətlər var.

Qeyd edilən ikinci çərşənbə - xalq arasında "Üskü çərşənbə", "Addı çərşənbə" kimi tanınan Od çərşənbəsidir. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. İnama görə bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif,inanc, məsəl və s. yaranmışdır. Novruz şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.

Novruz ərəfəsində sonuncu çərşənbə xalq arasında "Yer çərşənbəsi", "İlaxır Çərşənbə" və ya "Torpaq çərşənbəsi" adlanır. İnama görə Torpaq çərşənbəsi yetişəndə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar. Əfsanəyə görə adamların ərzaq qıtlığından əziyyət çəkdikləri bu gündə Su, Od və Yel Torpaq xatunun yeraltı məbədinə qonaq gəlir, burada yatmış Torpağı oyadırlar.

    Su çərşənbəsi

    Od çərşənbəsi

     Yel çərşənbəsi

    Torpaq çərşənbəsi

 

Simvolları

Səməni

Adət və ənənələr

Oyunlar və digər adətlər

Novruz bayramında müxtəlif oyunlar keçirilir. Bunlardan artırma, halay, keçəl, bənövşə, haxışta, cıdır, ənzəli, Kos-kosa, yumurta döyüşdürmə, qurşaqtutma, papaqatdı və baharbəndi qeyd etmək olar. Novruz bayramında qulaq falına çıxmaq adəti də vardır. Qaranlıq düşəndə niyyət tutub qonşuların danışıqlarına qulaq asmağa gedərlər. İlk eşidilən söz tutulmuş niyyətə uyğun olaraq yozulur. Odur ki, Novruz bayramı axşamında evlərdə könül açan, ümid verən söhbətlər danışılmalıdır. İlaxır çərşənbədə bir neçə qız bir yerə yığışıb üzük falı açarlar. Bir qab götürüb içinə su tökürlər. Üzüklərini çıxarıb həmin qabın içinə atırlar. Kənardan başqa bir qız çağırırlar. Əgər həmin qız qabdan götürdüyü bir üzüyü yiyəsinə düz verərsə, üzüyü olan qızın bütün arzuları həyata keçəcək. Əgər üzük yiyəsinə düz qaytarılmasa, onu iynədən keçmiş sapın ortasına salırlar. Əgər üzük düz gedərsə, həmin adam sonsuz, sağ tərəfə yellənərsə, çoxlu uşağı, sol tərəfə gedərsə, istədiyi oğlanla xoşbəxt olacağı gözlənilir. İlaxır çərşənbəsində niyyət tutub çilə çıxarmaq da adəti də qədim köklərə bağlıdır. Novruz bayramında ən çox yayılmış adətlərdən biri də qurşaqtutma dır. Daha çox uşaqlar, cavanlar qaranlıq düşəndə evbəev gəzib bacadan, pəncərədən qurşaq sallayıb bayrampayı alırlar.

 

Od və Su ənənələri

Azərbaycan bir odlar ölkəsi kimi, odla bağlı zəngin ənənələrə malikdir və bu saflaşma, təmizlənmə əlamətidir. Tonqallar qalanır və Novruzdan əvvəl İlaxır Çərşənbədə yaşından və cinsindən asılı olmayaraq, hamı tonqalın üstündən yeddi dəfə (ya bir tonqalın üstündən yeddi dəfə və ya yeddi tonqalın hərəsinin üstündən bir dəfə) tullanmalıdır. Tullanmaq ile bərabər bu sözlər deyilir: “Sarılığım sənə, qırmızılığın mənə; Ağırlığım-uğurluğum odda yansın”. Tonqal heç vaxt su ilə söndürülməz. Tonqal özü sönəndən sonra külünü yığıb, evdən kənar bir yerə, çölə atırlar. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtçiliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Su ilə saflaşma isə suyun real əlaməti ilə əlaqədardır. Su ilə əlaqədar olan ənənələr Azərbaycanda təzə il ilə bağlıdır. Təzə ildə axar suyun üstündən tullanmaq ile keçən ilin günahlarını yumuş olursan. Bundan başqa, bütün ailə üzvləri ötən ilin axırıncı gecəsi, yatmazdan əvvəl biri-birinin üstünə su çiləyirlər. Deyilənə görə, axırıncı çərşənbə gecəsi bütün axar sular dayanır və hamı ona səcdə edir, hətta ağaclar da yerə əyilir.

 

Bayram süfrəsi

Mədəniyyətdə

Azərbaycanda Novruz bayramına həm də poçt markaları həsr olunmuşdur.

Novruz bayramı poçt markalarında

   SSRİ poçt markası (1991)

    Azərbaycan poçt markası (1996)

    Azərbaycan poçt markası (2011)

 

Ədəbiyyatda

Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.

 

Musiqidə

Azərbaycanda Novruz bayramı haqqında bir sıra mahnılar bəstələnmişdir. Bunlardan Aygün Kazımovanın "Novruz gəlir", Sevda Yəhyayevanın "Novruz bayramı", Mətanət İsgəndərlinin "Novruz bayramınız mübarək", Məmmədbağır Bağırzadənin "Səməni" mahnılarını, Nizami Rəmzinin "Novruz bayramı" və Namiq Qaraçuxurlunun "Kosa" meyxanalarını qeyd etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR