Dərc edildi: Baxış sayı: 601
Növrəs İman - Qala, yar, qala
Nə keçdi cəsədin çətin çəngələ,
Gər canın ataşa qala, yar, qala.
Həsrətindən dərdin yazan dal-dala,
Çəkər sənin təki qala, yar, qala.
İyid girsə, cəng içində at alar,
Xədəngini cəng içində atalar.
Çəkər dərd əhlinin dərdin atalar,
Çətindi zindanda qala, yar qala.
Çarx hərləndi, qara gəldi sənə yaz,
Xətalı gərdişdən axtar sən ay az.
Novrəs İman dərdin desin sənə, yaz,
Həsrəti sinəndə qala, yar, qala.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət