Dərc edildi: Baxış sayı: 546
Növrəs İman - Pərvərdigar
Xəlq eləyib, nitq verib
İnsanı pərvərdigar.
Göstəribdi doğru yolu,
Ərkanı pərvərdigar.
Hər nə tutsan, dəftərinda
Cəm olunur, bil, yəqin;
Çəkəçəkdi həm səvabı,
Üsyanı pərvərdigar.
Neçə ki, bu dünyamız var,
Ö dünya da həqqdir;
Cənnət var, cəhənnəm var,
Bilmək olmaz kim gedir.
Hər kimsə ki, yoldan azıb,
Din-islamı tərk edir;
Əməlinə baxıb, verər
Fərmanı pərvərdigar.
Nütfəsindən nöqsan olan
Haçan haqdan ar elər?1
Öz-özünə böhtan deyib,
Danışmağı xoş bilər.
Cəsəd gedər dar məzara,
Əməl əldə cəm gələr;
Özün saxla pənahında
İmanı, pərvərdigar!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət