Dərc edildi: Baxış sayı: 678
Növrəs İman - Olmaz
Hamı xəlq olunub bir qətrə sudan,
Hər yetən gədaya xan demək olmaz.
Yatıb, qəflətdədi, qalxmaz yuxudan,
Nalayiq insana can demək olmaz.
Əyri olan bilməz yolu, ərkanı,
Saxlayar könlündə şəri, böhtanı.
Bədəsil tanımaz yaxşı, yamanı,
Namərd süfrəsində nan demək olmaz.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət