Dərc edildi: Baxış sayı: 639
Növrəs İman - Məni
Qəza qırdı şikarımı tüyürdən,
Qədər mindiribdi yad ələ məni.
Tüğyandı mərəzim, yoxdur təbibi,
Ya kəsə, ya yara, ya dələ məni.
Qiyamətdi nasın duşə əqrəba,
Səfər etsən uğrayarsan əqrəba,
Yandırsa cismini nara, əqrəba,
Yandırsa, yandırma, yad elə məni.
İmanam, hicrandır şərbətim, çəmim,
Nə bir dostum vardır, nə bir həmdəmim,
Dərya olan dərdim, qaf olan canım,
Salıbdı çöllərə, yad elə məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət