Dərc edildi: Baxış sayı: 549
Növrəs İman - Mənəm
Tifil ikən sənsən yar olan cana,
Çox çəkən yad eldə zəlalət mənəm.
Binadan sevməyən fani dünyanı,
Axtaran həmiĢə ədalət mənəm.
Bivəfa dünyada olmadım bidar,
Özüm öz iĢimi bilmədim aĢkar.
Bir Ģərməndə, üzüqara, günahkar,
Haqqın dərgahında xəcalət mənəm.
Novrəstə Ġmanam, dərdi bihesab,
Ağlar gözüm, tökər qətrə-qətrə ab.
Hər an vürdümdədi əziz bir kitab,
Edən haqq yoluna itaət mənəm.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət