Dərc edildi: Baxış sayı: 605
Növrəs İman - Kağız
Göyçə mahalına bir salam yetir,
Eylə mən əvəzdən ərzi-hal, kağız!
DanıĢ, soruĢ, xeyli qəm yüngül götür,
Dostların halına xəbər al kağız.
Əvvəl pir atama bir salam eylə,
Gedərgi yollarım sübhü Ģam eylə.
Qələm götür, sözün yaz, tamam eylə,
Keçən günlərimi yada sal, kağız!
Yatıram gecələr, kəsilibdi xab,
Dövrün əzabına gətirmirəm tab.
Yazdığım məktuba almıram cavab,
Nə qədər yazıram dalbadal, kağız!
Əyib cavan qəddim çarxın sitəmi,
Gah mənə üz verir könlümün qəmi.
Gah olur, açıllam qızılgül kimi,
Gah olur, çəkirəm qilü-qal, kağız!
Kəmtale yarandım mən əzəl baĢdan,
Can dərddən ayrılmır, könül ataĢdan.
Elimdən, günümdən, qohum-qardaĢdan,
Yetir bu Ġmana bir əhval, kağız!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət