Dərc edildi: Baxış sayı: 573
Növrəs İman - İnciməzmi
İstəyirəm, ərzi-halım danışım,
Bu qürbətdə məndən el inciməzmi?!
Bir kəsim yox, nə də dostum, tanışım,
Tənə sözdən əhli-dil inciməzmi?!
Dünya malı çox şirindi insana,
Canım qurban ariflərə, qanana!
Adətindi sənin, çarxı-zamana,
Çarx əysə, ağadan qul inciməzmi?!
İman, dərdin dəryalara qatılıb,
Zər mətahın mis yerinə satılıb.
Şeyda bülbül dar qəfəsə atılıb,
Onun naləsindən gül inciməzmi?!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət