Dərc edildi: Baxış sayı: 708
Növrəs İman - Gözəl qız
Ağ libasın, tər əndamın, gül üzün
Nə yaşayır bir-bir üstə, gözəl qız!
Xoş yerişin, şux gülüşün, dürr sözün.
Ayaq saxla, get ahəstə, gözəl qız!
Əylən, bircə qəmli könlüm şad elə,
Şirin aşna olub verək əl-ələ.
Həsrətin çəkməkdən döndüm bülbülə,
Dəstinə gül götür dəstə, gözəl qız!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət