Dərc edildi: Baxış sayı: 589
Növrəs İman - Görünür
Həyat bir dövrandı, iki üzlüdü,
Qarası görünür, ağı görünür.
Hər sözün, söhbətin öz məqamı var,
Çürüyü görünür, sağı görünür.
Bir barlı baqçaydım, barım kəsildi,
Vaxtsız xəzan əsdi, karım kəsildi.
Vətənimdən e'tibarım kəsildi,
Qürbət ellər mənə yağı görünür.
Növrəs İman haqdan istər payını,
Dərdə düşsün muxənnəti, xayını.
Yemə çörəyini, içmə çayını,
Namərd sufrəsində ağı görünür.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət