Dərc edildi: Baxış sayı: 614
Növrəs İman - Doyunca
Əziz ata, itgin gedən fərzəndin
Ağla hey düşəndə yada doyunca.
Mənim gərdənimdə çarxın kəməndi,
Dolandırar bu dünyada doyunca.
Məndən dost-qohuma azca gileylə,
Nə qarğa, dalımca nə hədyan söylə.
Əl, götür duaya, münacat eylə,
Bəlkə, yetəm bir murada doyunca.
Halal qıl İmanı, qohum-qardaşım,
Çeşmim ağlar, qaranlıqdı günəşim.
Əgər bir ilahi düzəltsə işim,
Şad olaram Kərbəlada doyunca.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət