Slimfit
  1. ƏDƏBİYYAT

Növrəs İman - Deyərsiz

Növrəs İman - Deyərsiz
Sakura

Növrəs İman - Deyərsiz

Hələ qəflətdəsiz, yatmısız belə,
Sayıb məni bir divana deyərsiz.
Cəfanız çox olar, yəqin, il-ilə,
Dərdinizi ruhi-cana deyərsiz.

Sərsəri fanidə qırılar canlar,
Tökülər yaxından çox nahaq qanlar,
Seçilməz haqq-nahaq yolu qananlar,
Məəttəlik bu divana,–deyərsiz.

Ucalar dillərdə ah ilə fəryad,
Bir tərəfdən olmaz eyləyən imdad,
İstəkli dost dostun etməyəcək yad,
Kəc dolanıb bu zamana,–deyərsiz.

Yanmaz, geçə çox çıraqlar qaralar,
Gərdiş eli bir-birindən aralar,
Pozular bağçalar, güllər saralar,
Səfər edib biyabana deyərsiz.

Ömrə vəfa yoxdu, çoxdu cəfası,
Bərhəm olsun bu dövranın əsası.
Novrəs İmandakı dərdin binası
Qurulubdu doğruyana,–deyərsiz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş ilk 11 nəfərdən biri rus əsilli Yuri Petroviç Kovalyovdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR