Slimfit
  1. ƏDƏBİYYAT

Növrəs İman - Başa-baş

Növrəs İman - Başa-baş
Sakura

Növrəs İman - Başa-baş

Müqərrərdi, gərdiş vurur çərxi-dövran başa-baş,
Bir gün gələr, vaxt yetişər, olar viran başa-baş.
Gecə-gündüz şəmsü-qəmər işıq salır cahana,
Zinət verir xak üstünə əbrü baran başa-baş.

Yüz iyirmi dörd min nəbi pənctən-ali-əba,
Altı əfzəl, beş ululəzm yazılmışdır kitaba.
On iki imam çaharidə məsumin gəlir hesaba,
Onları əşrəf yaradıb bir hökmran başa-baş.

On səkkiz min aləm ki, var aləmlərin dilidir,
Ustadlığı izhar edən Şahi-Mərdan Əlidir.
Yetmiş iki millət ki var, haqq islamın yoludur,
Mənada bir "əlif", "qayın" olub «Quran» başa-baş.

Hər zaman ki, məscidlərdə oxunar əziz kalam,
Məhəmmədi istəyənlər verər salavat, salam.
Hər işlərdən agah olur, bilir həyyi-layənam,
Qərar qoyub, hər nizamı odur quran başa-baş.

İnsu cinnu muru mələx, vəhşi teyrü heyvanat,
Hurü qılman, nari-rizvan, nuri-ənvər, kainat,
Dağü daşü bərrü bəhrü hökmu ərzü səvahət,
Beş kimsədi səbəb olub, ləngər duran başa-baş.

Rəsulullah merac etdi, gətirdi oruc-namazı,
Mömin olar tutub-qılan, xoşdur dildə avazı.
İki mələk müvəkkildir, savab-üsyanın yazı,
Günahkarı yandıracaq nari-niyran başa-baş.

Bu dünya ki, qərar tutmuş kavü mah üstündədi,
Haqqı bilmək xəyalında doğru rah üstündədi.
Novrəs İman nə qəm çəkər, bir Allah üstündədi,
Xəlq eləyib, nitq verib, olub imran başa-baş.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR