Dərc edildi: Baxış sayı: 641
Növrəs İman - Ay maral
Çarxı-fələk məni yaman oxlayıb,
Axır yaralardan qanım, ay maral!
Mən də sənin kimi yaman dərdliyəm,
İnildəmə, çıxdı canım, ay maral!
Tifil ikən ustad oldum dünyada,
Bir Şirinə Fərhad oldum dünyada,
Çöl-biyaban, səhrada oldum dünyada,
Yoxdu elim, nə məkanım, ay maral!
Göyçə sakiniyəm, adımdı İman,
Könlüm çox sınqıidı, halım pərişan.
Hər nə ki sirrim var, eylədim bəyan,
Dedim sana hər nişanım, ay maral!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət