Slimfit
  1. İQTİSADİYYAT

Növbəti partiya Azərbaycan nefti Odessaya çatdırılıb

Növbəti partiya Azərbaycan nefti Odessaya çatdırılıb
Sakura
:0

Növbəti partiya Azərbaycan nefti Odessaya çatdırılıb

Belarusun Mozır Neft emalı zavodu üçün nəzərdə tutulan növbəti partiya “Azeri Light” markalı neft ötən gün axşamdan Ukraynanın Odessa limanındadır.

Report”un məlumatına görə, bunu “İnterfax” agentliyinə Belarusun “Belneftexim” konsernin mətbuat katibi Aleksandr Tişenko bildirib.

O qeyd edib ki, 85 min ton həcmindəki neftin boşaldılması davam etdirilir.

Xatırladaq ki, bu nefti SOCAR aprelin 8-də  Gürcüstanın Supsa limanından göndərib. Martda SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” Belarusa Mozır Neft emalı zavodu üçün Odessa limanı və “Odessa-Brodı” boru kəməri vasitəsilə ümumi həcmi 250 min ton olan 3 partiya neft tədarük edib. “Belneftexim” konserni bildirib ki, SOCAR 2020-ci ildə Belarusa 1 milyon tona qədər neft tədarük edə bilər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məcburi köçə məruz qalan Bolqar Türklərinin qatardan çıxış anı 1989-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR