Slimfit
  1. SİYASƏT

Növbəti erməni həyasızlığı: Biz də Bakıya qayıdaq...

Növbəti erməni həyasızlığı: Biz də Bakıya qayıdaq...
Sakura

Növbəti erməni həyasızlığı: Biz də Bakıya qayıdaq...

Əgər Azərbaycanın Qarabağ icması öz dogma yurd-yuvalarına qayıtmasını tələb edirsə, ermənilər də Bakı və Sumqayıta qayıtmaq barədə düşünməlidir.

Axar.az xəbər verir ki, bu sözləri tanınmış erməni politoloq Anuş Sedrakyan İrəvan mətbuatına açıqlamasında deyib.

O qeyd edib ki, hazırda Ermənistanda çoxlu sayda Bakı və Sumqayıtdan gələnlər yaşayır. Onlar da qayıtmaq istəyir:

“Bu gün Ermənistan boyük bir risk altındadır. Biz Azərbaycanın Qarabağ icmasını qəbul etsək, bu, Ermənistan üçün son ola bilər. Biz bilmirik Bakı “Azərbaycanın Qarabağ icması” adı altında Qarabağa kimləri göndərə bilər”.

Azərbaycanlılara qarşı soyqırım həyata keçirən və etnik təmizləmə aparan erməni millətinin nümayəndəsi “ənənəvi yazıqlıq” siyasətinə də sadiq qalıb.

“Azərbaycanlıların bizdən zəhləsi gedir, onlar bizim axırımıza çıxa bilər”, - deyə Sedrakyan bildirib.

Qeyd edək ki, erməni riyakarlığı bu açıqlamada bütün çılpaqlığı ilə görünür. Azərbaycanlıların öz dədə-baba torpaqları olan Qərbi Azərbaycandan – İrəvan, Göyçə, Dərələyəz, Qafan, Meğri, Dağ Borçalı və s. ərazilərdən zorla çıxarılmasından və həmin ərazilərdə onlarla soydaşımızın qətlə yetirilməsindən sonra Bakıdan ermənilər qovulmuşdu. Bunun işğal altında saxlanan Azərbaycan ərazilərindən çıxarılan və hazırda məcburi köçkün statusunda yaşayan azərbaycanlılara heç bir aidiyyəti yoxdur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR