Slimfit
  1. CƏMİYYƏT

Növbəti erməni həyasızlığı: Behbudovu da…

Növbəti erməni həyasızlığı: Behbudovu da…
Sakura

Növbəti erməni həyasızlığı: Behbudovu da…

Dünən – iyulun 14-də Monteneqronun Hersoqov şəhərində keçirilən beynəlxalq xalq rəqsləri və mahnıları festivalında azərbaycanlılarla ermənilərin qarşıdurması baş verib.

Kult.az xəbər verir ki, bu barədə ermənişünas alim İsmayıl Tanrıverdi məlumat yayıb. O bildirib ki, Ermənistanı təmsil edən “Qafqaz" rəqs ansamblının şagirdləri Azərbaycan milli rəqsi olan “Köçəri" və Rəşid Behbudovun ifasında məşhurlaşan “Gözəlim sənsən” xalq mahnısını ifa ediblər:

“Bu xalq mahnılarımızı ifa edərkən tamaşaçılar arasından çoxsaylı azərbaycanlılar Azərbaycan bayrağını qaldıraraq, yüksək səslə rus dilində: “Bu Azərbaycan mahnısıdır, ar olsun sizə!" deyirdilər. Bütün bunlara məhəl qoymayan ermənilər ifalarını başa çatdırdılar. Yerlərdən səs-küy salan bir qrup erməni qadın isə öz saxta tarixləri ilə azərbaycanlılara "dərs" verməklə yanaşı, həm də təhqir etməyə başladılar. Onlar: “Eybecərlər, axmaqlar! Bizim 300 min illik tarıxımız olanda siz hardaydınız?" deyə qışqırırdılar. Bununla da qarşıdurma başlandı. Erməni rəqs qrupu rəhbərinin arvadı Liana Poqosyanın dediyinə görə, naəlac qalan ermənilərin yardımına polis qrupu gəldi. Azərbaycanlıların bir neçəsi saxlanıldı, qalanı isə qaçaraq aradan çıxdı”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR