Slimfit
  1. CƏMİYYƏT

Növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi seçki məntəqəsi təşkil edəcək

Növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi seçki məntəqəsi təşkil edəcək
Sakura

Növbədənkənar prezident seçkisi ilə bağlı Azərbaycanın Kiyevdəki səfirliyi seçki məntəqəsi təşkil edəcək

Ukraynanın paytaxtı Kiyevdə Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkisi ilə bağlı seçki məntəqəsi təşkil ediləcək.

Ens.az Report.az-a istinadən xəbər verir ki,bu barədə Azərbaycanın Ukraynadakı səfirliyinin bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına müraciətində qeyd olunub.

Bildirilib ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkisində iştirak etmək istəyən, Ukraynada daimi və ya müvəqqəti yaşayan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə bu il dekabrın 29-u Ukrayna vaxtı ilə saat 18:00-dək səfirliyə müraciət etmələri xahiş olunur.

Onlar (+380 73) 505-00-00 telefon nömrəsindən və consul_kiev@mission.mfa.gov.az elektron poçt ünvanından istifadə edə bilərlər.

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı, atasının adı), doğulduğu tarix (il, ay və gün) və Ukraynada faktiki yaşadığı ünvan barədə məlumat mütləq təqdim olunmalıdır.

Qeyd olunub ki, Seçki Məcəlləsinə uyğun olaraq, yetərli sayda seçici qeydiyyata alındıqda seçki məntəqəsinin Kiyev şəhərində təşkili nəzərdə tutulur. Seçki məntəqəsinin təşkili barədə məlumat səfirliyin internet və sosial media səhifələrində elan ediləcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Zamanın qapısı"

Redaktor seçimi

SON XƏBƏRLƏR