Dərc edildi: Baxış sayı: 416
"Novartis" şirkəti 2 mindən çox adamı işdən çıxaracaq
Dünyanın ən böyük dərman şirkətlərindən biri olan İsveçrənin "Novartis" şirkəti, yenidənqurma planları çərçivəsində 2 mindən çox adamı işdən çıxaracaq.
WSJ- xəbərə görə, daxili bazarda istehsal xəttindən min nəfər, satış komandasından isə 700 nəfər işdən çıxarılacaq. Şirkət, İngiltərədəki zavodunda isə 400 nəfəri ixtisar edəcək.
"Novartis"in İcraçı direktoru Vasant Narasimhan verdiyi açıqlamada, yeni quruculuq planları çərçivəsində şirkətin "fərdiləşdirilmiş və özəlləşdirilmiş" dərman istehsalına diqqət yetirəcəyini söyləyib.
Mənbə: Marja.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət