Dərc edildi: Baxış sayı: 462
Novak: 'Neftə tələbatın əvvəlki səviyyəyə qayıtma ehtimalı yüksəkdir'
Rusiyanın Energetika Nazirliyi dünya bazarında neftə tələbatın əvvəlki səviyyəyə qayıtma ehtimalını yüksək dəyərləndirməklə yanaşı, koronavirusun yeni ocaqlarının mənfi təsirini də istisna etmir.
“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın energetika naziri Aleksandr Novak bildirib.
“Aprel ayında gördüyümüz ən gərgin vəziyyətlə müqayisədə artıq təyyarə uçuşları, avtomobil nəqliyyatı, neft-kimya sahələrində tələbat haradasa yarıbayarı bərpa olunub. İndi də bütün bunları diqqətlə izləməli, bundan sonra da tələbatın necə dəyişəcəyinə dair düzgün proqnoz verməliyik. Mən nikbin düşünürəm”, - rusiyalı nazir qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət