Slimfit
  1. İQTİSADİYYAT

Novak: "Mayda qlobal gündəlik neft hasilatı 15-20 mln. barel azala bilər"

Novak: "Mayda qlobal gündəlik neft hasilatı 15-20 mln. barel azala bilər"
Sakura

Novak: "Mayda qlobal gündəlik neft hasilatı 15-20 mln. barel azala bilər"

Neft bazarındakı yüksək volatillik dünyada neft anbarlarının dolu olması ilə əlaqədardır, bu vəziyyət hasilatın azaldılmasına dair "OPEC+" (OPEC) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azalması üzrə təşəbbüs) razılaşmasının işə düşməsinə qədər davam edəcək.

"APA-Economics"-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Energetika naziri Aleksandr Novak deyib.

"Hazırda gördüyümüz bir çox, o cümlədən fyuçers müqavilələri üzrə spekulyativ məqamlar var. Hazırda bazar qeyri-müəyyən vəziyyətdədir. Bu, ilk növbədə, dünyada neft anbarlarının dolacağı proqnozları ilə əlaqədardır", - deyə, Novak qeyd edib.

Eyni zamanda, nazirin sözlərinə görə, dünya neft istehsalçılarının əldə etdiyi razılaşmanın işə düşməsi ilə bazarda vəziyyət yaxşılaşacaq. May ayında dünyada gündəlik neft hasilatın ümumi azalması təxminən 15-20 mln. barel ola bilər.

Xatırladaq ki, 9 apreldə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə azaldılması barədə qərar qəbul edilib.

"Əməkdaşlıq Bəyannaməsi"nə edilmiş düzəlişlərə əsasən, Meksikanın hasilat kvotaları may-iyun aylarında 400 min barel əvəzinə 100 min barel müəyyənləşdirilib. Meksikanın öhdəliyinin digər qismini kompensasiya etmək üçün ABŞ-ın öz hasilatını əlavə olaraq 300 min barel azaltması ilə razılaşıb. Bununla da "OPEC+" üzrə gündəlik neft hasilatının mayın 1-dən 9,7 mln. barel (10 mln. barel əvəzinə), iyulun 1-dən ilin sonuna kimi 7,7 mln. barel və 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 5,8 mln barel həcmində azaldılması qərarının icrasına yekdilliklə razılıq verilib.

Dünya neft bazarında balansın yaradılması və neftin qiymətinin sabitləşdirilməsi məqsədilə Azərbaycan da üzərinə yeni öhdəliklər götürüb. 2018-ci ilin oktyabr ayında gündəlik xam neft hasilatı 718 min barel olan Azərbaycan yeni Razılaşma çərçivəsində hasilatı həmin səviyyədən 164 min barel azaltmalı olacaq. Bu müddət ərzində (may-iyun) Azərbaycan gündəlik xam neft hasilatını 554 min barel həcmində saxlamalıdır.

 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR