Slimfit
  1. İDMAN

Novak Cokoviç karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub

Novak Cokoviç karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub
Sakura

Novak Cokoviç karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub

Yanvarın 27-də kişilər arasında “Australian Open-2019” turnirinin final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, ümumi mükafat fondu 44,5 milyon dollar olan turnirin finalında serbiyalı Novak Cokoviç ispaniyalı Rafael Nadal ilə üz-üzə gəlib. İki saatdan artıq davam edən görüş N.Cokoviçin qələbəsi ilə başa çatıb (6:3, 6:2, 6:3). Serbiyalı tennisçi karyerası ərzində yeddinci dəfə “Australian Open” turnirinin qalibi olub. Novak tennis tarixində yeni rekorda imza atıb. O, karyerası ərzində 73 titul qazanıb.

Bu tennisçilər 53-cü dəfədir ki, bir biri ilə görüşürlər. Onların 28-də Novak, 25-də isə Rafael qalib ayrılıb.

Serbiyalı tennisçi “Böyük dəbilqə” seriyası turnirlərində 13 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmağa nail olub.

Rafael Nadal “Böyük dəbilqə” seriyası turnirlərində 15 dəfə qalib gəlib. O, “Australian Open” turnirini bir dəfə - 2009-cu ildə qazanıb.

“Australian Open” “Böyük dəbilqə” seriyasının 2019-cu il mövsümündəki ilk turniridir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Don Kixot romanının müəllifi olan M.Servantes, Memar Sinanın tikdirdiyi Kılıç Əli Paşa Məscidində fəhlə işləyib

Redaktor seçimi

SON XƏBƏRLƏR